Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 12:22

Şəhər rəhbərliyi yürüş-mitinq üçün "Motodrom"u təklif edir


Səs: Real audio
Meriya yürüş-mitinqin Motodromda keçirilməsinə qərar verdi İyunun 2-də Bakı şəhər İcra Hakimiyyəti ADP-AXCP-Müsavat seçki blokunun iyunun 4-də aksiya keçirməklə bağlı ona ünvanladığı müraciətə baxıb.



Meriya aksiyanın keçirilmə yeri kimi müxalifətin təklif etdiyi variantları qəbul etməyib. Səbəb kimi şəhərin mərkəzində əhalinin sıx yaşaması və nəqliyyatın dinamik hərəkəti göstərilib.



BŞİH aksiyanın şəhər kənarındakı "Motodrom" ərazisində keçirilməsini qərara alıb.



AXCP sədrinin müavini Həsən Kərimov dedi ki, birləşmiş müxalifət bu qərarı qəbul etmir və aksiyanı nəzərdə tutduqları yerdə keçirməkdə israrlıdır.



Birləşmiş müxalifət mayın 25-də aksiyaya icazə verilməsi tələbi ilə meriyaya müraciət etmişdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG