Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 16:40

AŞ PA-da Qross və Herkelin hesabatı müzakirə olunub


Səs: Real audio
MŞ-nin tədbirində aksiyalarda jurnalistlərə qarşı təzyiqlərin qarşısının alınması yolları çözüldü Avropa Şurası Parlament Assambleyasının yarımkomitəsində Azərbaycan üzrə həmməruzəçilər Andreas Qross və Andreas Herkelin hesabatı müzakirə olunub.



Azərbaycanın AŞ PA-dakı nümayəndəsi Asim Mollazadənin verdiyi məlumata görə, toplantıda əsasən seçkıqabağı proseslər müzakirə olunub. Azərbaycanda sərbəst toplaşmaq hüququnun hələ də təmin olunmadığı xüsusi vurğulanıb.



Cənab Mollazadənin sözlərinə görə, müxalifətin 21 may yürüş-mitinqinə ıcazə verilməməsi və sonrakı hadisələr kəskin pislənilib. Gələcək aksiyalara icazə veriləcəyi ümidi bildirilib.



Digər məsələ - «Monitor» jurnalının baş redaktoru Elmar Hüseynovun qatilinin hələ də tapılmamasının narahatlıq yaratdığı bildirilib.



Hesabatda həmçinin seçkiyə yarım ildən də az qaldığı vaxtda insan haqlarının tam təmin olunmaması və Ictimai Televiziyanın fəaliyyətə başlamaması vurğulanıb.



Toplantıda hesabat təsdiq olunub və AŞ PA-nın iyunun son həftəsi ərzində keçiriləcək iclasında müzakirə olunacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG