Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 20:37

Böhran Qrupu seçkiqabağı mitinqlərin əhəmiyyətini vurğulayır


Səs: Real audio
MŞ-nin tədbirində aksiyalarda jurnalistlərə qarşı təzyiqlərin qarşısının alınması yolları çözüldü «Beynəlxalq Böhran Qrupu Azərbaycanda seçkiqabağı vəziyyəti diqqətlə izləyir və ümid edir ki, həm seçki öncəsi, həm də seçkidən sonra ölkədə azad və ədalətli mühit olacaq». Bunu «Azadlıq» radiosuna müsahibəsində Beynəlxalq Böhran Qrupunun (BBQ) Qafqaz üzrə layihə direktoru Sabin Frayzer deyib.



Qrup ötən ay üçün yaydığı hesabatda Azərbaycan prezidenti İlham Əliyevin «Seçki praktikasının təkmilləşdirilməsi haqqında» sərəncamına diqqət çəkir. Ancaq eyni zamanda qeyd edilir ki, ölkədə müxalifət fəallarının qorxudulması prosesi davam edib: «21 may yürüş-mitinqindən əvvəl 30 nəfər həbs edilib, polis bu aksiyanı dağıdandan sonrasa 149 nəfər saxlanıb».



Xanım Frayzer müxalifətin seçkiqabağı mitinqlərinə icazə verilməsinin əhəmiyyətini vurğulayır: «Biz bu fikirdəyik ki, seçkinin azad və ədalətli keçməsi üçün müxalifət partiyalarının toplaşmaq və öz mesajlarını yaya bilmək imkanları olmalıdır. Ümid edirik ki, Azərbaycan hökuməti müxalifətlə birlikdə seçkinin demokratikliyini təmin edəcək».



Hesabatda o da vurğulanır ki, Bakı-Tbilisi-Ceyhan boru kəmərinin işə düşməsilə Azərbaycanın geosiyasi əhəmiyyəti artıb.



Bundan başqa sənəddə Azərbaycanın Rusiyanın Gürcüstandakı hərbi bazasının bir hissəsini Ermənistana köçürmək barədə planlarından narahatlıq bildirməsi də vurğulanır.



Hesabatın Dağlıq Qarabağ münaqişəsinə aid hissəsində deyilir ki, Ermənistan və Azərbaycan prezidentlərinin Varşava görüşü Praqa prosesinin davam etdirilməsinə yaşıl işıq yandırdı.



«Bəs qrup bu il münaqişənin həllində hər hansı irəliləyiş gözləyirmi» sualına xanım Frayzer deyib ki, bir neçə aya münaqişənin siyasi həllini gözləmir: «Ancaq dialoqun davam etdirilməsini, tərəflərin müəyyən məsələlər barədə razılığa gəlmək cəhdlərini müsbət qiymətləndiririk».

Günün bütün mövzuları

XS
SM
MD
LG