Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 18:55

DİN 284 polisi cəzalandırıb


Səs: Real audio
MŞ-nin tədbirində aksiyalarda jurnalistlərə qarşı təzyiqlərin qarşısının alınması yolları çözüldü DİN-in mətbuat xidmətinin rəhbəri Sadiq Gözəlovun sözlərinə görə, 2001-2004-cü ilər və 2005-ci ilin birinci rübündə vətəndaşların hüquqlarını pozduğuna görə 284 polis cəzalandırılıb: «Onlardan ikisi həbs olunub, beşi məhkum edilib. 11 polis cinayət məsuliyyətinə cəlb edilib. 45 nəfər DİN sıralarından uzaqlaşdırılıb. 17 nəfər aşağı vəzifəyə keçirilib. 4 nəfərin rütbəsi aşağı salınıb. 200 nəfər haqqında isə digər intizam tədbirləri görülüb».



O, bunu iyunun 2-də Mətbuat Şurasının kütləvi aksiyalar zamanı jurnalistlərə təzyiq edilməsi ilə bağlı keçirdiyi tədbirdə söylədi.



Cənab Gözəlov mayın 21-də birləşmiş müxalifətin sanksiyalaşdırılmamış aksiyasında təzyiqlərə məruz qaldığı deyilən «Zerkalo» qəzetinin əməkdaşı Fərid Teymurxanlının işi ilə bağlı nazirliyin Təhqiqatlar İdarəsində araşdırma aparıldığını dedi.



Onun sözlərinə görə, bugünlərdə F.Teymurxanlı ona təzyiq etdiyi güman edilən polislərlə üzləşdirilib: «Ancaq jurnalist döyülən zaman huşunu itirdiyini söyləyərək polisləri yaxşı yadında saxlamadığını bildirdi».



Cənab Gözəlov dedi ki, buna baxmayaraq «Zerkalo»nun əməkdaşına təzyiq etmiş polisin şəxsiyyəti müəyyənləşdiriləcək və o, ən azı DİN sıralarından uzaqlaşdırılacaq.



Tədbirdə növbəti aksiyalarda jurnalistlərin təzyiqlərə məruz qalmasının qarşısını almaq üçün müxtəlif təkliflər səsləndi. Əsasən bildirildi ki, razılaşdırılmamış aksiyalarda iştirak edən media mənsubları MŞ-nin xüsusi gödəkçələrindən istifadə etsinlər.



DİN-in sözçüsü Sadiq Gözəlov isə «Əgər jurnalistlər də razılaşdırılmamış aksiyanın iştirakçıları olacaqlarsa, aksiyanı keçirənlərə qarşı hansı qanuni tədbirlər görüləcəksə, onlara qarşı da eyni tədbirlər həyata keçiriləcək» - deyə, bildirdi.



«Azərbaycan» qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov isə təklif etdi ki, polislər arasında tez-tez mətbuatla davranış qaydaları barədə maarifləndirilmə işi aparılsın.
XS
SM
MD
LG