Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 13:18

Venesiya Komissiyası ilə razılığa gəlinmədi


Səs: Real audio
Seçki Məcəlləsi ilə bağlı layihəyə Avropa Şurası Parlament Assamleyası qiymət verəcək Avropa Şurası Venesiya Komissiyası (AŞ VK) ilə Azərbaycan hökuməti arasında növbəti danışıqlar başa çatıb. Bu dəfəki görüşdə də tərəflər seçki komissiyalarının tərkibi haqqında razılıq əldə etməyiblər.



AŞ VK seçki komissiyalarının tərkibinin dəyişdirilməsini və paritet əsaslarla formalaşdırılmasını tövsiyə edir. Komissiya katıbliyinin nümayəndəsi Sergey Kuznetsov Azərbaycan hökumətinin mövqeyini dəyişmədiyi üçün məsələnin bu dəfə də həll olunmadığını deyir.



Danışıqlarda Azərbaycan hökumətini təmsil etmiş Səfa Mirzəyev deyib ki, parlament seçkilərinin keçirilməsinə az qalmış seçki komissiyalarının tərkibinin dəyişdirilməsi əlavə problemlər yarada bilər. Bu barədə Şəffaf Seçkilər təşkilatı məlumat yayıb.



Cənab Kuznetsov isə başqa bir neçə məsələnin də tövsiyələrdə təkrar olunduğunu deyir. «Bunlar Seçki Məcəlləsində bir neçə bəndin asanlaşdırılması, müşahidəçilərin rolu, seçki haqqında informasiyanın nəşri, seçki mübahisələrinə məhkəmədə baxılması və bir neçə belə məsələlərlə bağlıdır».



S.Kuznetsovun sözlərinə görə, Azərbaycan tərəfi bildirib ki, nəzərə alınan dəyişiliklər layihəyə əlavə edilib, Milli Məclisin müzakirəsinə çıxarılacaq.



VK rəyini bildirəndən sonra, Seçki Məcəlləsi ilə bağlı layihəyə Avropa Şurası Parlament Assamleyası qiymət verəcək. Assambleyanın iclasının iyulun 1-nə qədər keçirilməsi nəzərdə tutulub.
XS
SM
MD
LG