Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 16:41

15 vaqon hərbi avadanlıq Ermənistana yola düşüb


Səs: Real audio
Ermənistanın Müdafiə və Xarici İşlər nazirlikləri xəbəri nə təsdiq, nə də təkzib edirlər 12-ci Rusiya hərbi bazasına məxsus hərbi sursat və ağır silahlar daşıyan qatar dünən axşam Gürcüstanın Batumi şəhərindən Ermənistana yola düşüb.

15 vaqonun daşıdığı hərbi avadanlığın Ermənistanın Gümrü rayonunda yerləşən Rusiyanın 102-ci hərbi bazasına çatdırılacağı bildirilir.



Xəbəri Rusiya agentlikləri yayıb.



Rusiya hərbi kontingentinin Cənubi Qafqazdakı komandanının müavini Vladimir Kuparadze deyir ki, əldə edilmiş razılığa görə, hərbi avadanlıq ı 102-ci hərbi bazaya köçürülür.



Cənab Kuparadzeyə görə, bu, son üç ay ərzində Batumidən hərbi materiallar daşıyan üçüncü qatardı.



«İnterfaks» agentliyi Kuparadzeyə istinadən bildirir ki, hərbi materialların 102-ci bazaya daşınmasının Gürcüstanla Rusiya arasında imzalanmış müqaviləyə aidiyyəti yoxdur. Qatarın göndərilməsi Gürcüstan rəsmiləri ilə razılaşdırılıb.



Ermənistanın Müdafiə və Xarici İşlər nazirlikləri Rusiyanın Gürcüstandakı hərbi bazalarının Ermənistana köçürülməsi xəbərini nə təsdiq, nə də təkzib edirlər.



Mayın 23-də Azərbaycanın Xarici İşlər Nazirliyi Rusiyanın Gürcüstandakı hərbi bazalarının Ermənistana köçürüləcəyinə dair məlumatların yayılması ilə əlaqədar Rusiyaya nota vermişdi.



Mayın 30-da Azərbaycanın xarici işlər nazirinin müavini Araz Əzimov deyib ki, Rusiyanın Gürcüstandakı hərbi bazalarının bir hissəsinin Ermənistana köçürülməsi barədə xəbərlər rəsmi Bakını narahat edir.



Gürcüstanın xarici işlər naziri Salome Zurabişvili isə deyib ki, rəsmi Tbilisi üçün əsas məsələ Rusiya bazalarının ölkədən çıxarılmasıdır. Bazaların hara aparılması Gürcüstanı maraqlandırmır.



«Sülh və Konfliktlərin Həlli Mərkəzi»nin direktoru Elxan Mehdiyev isə hesab edir ki, hərbi bazaların bir hissəsinin Ermənistana köçürülməsi Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinə mənfi təsir göstərəcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG