Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 19:20

İqtisadçı qiymətlərin 3-4 aya enəcəyini proqnozlaşdırır


Səs: Real audio
ATƏT-in Bakı ofisinin rəhbəri Maurisio Pavessi: «Siyasi iradə olmadan görüşlərin keçirilməsində fayda olmayacaq» «Antiinflyasiya tədbirlərinin gücləndirilməsi haqqında» prezident fərmanına görə, həftədə bir dəfə Bakı, Gəncə, Sumqayıt və digər şəhərlərdə kənd təsərrüfatı mallarının yarmarkası təşkil olunacaq.



Ümumiyyətlə, fərman geniş əhatəlidir. Hökumətə tapşırılır ki, “Rəqabət Məcəlləsi”ni 3 ay ərzində hazırlasın və Neft Fondundan müxtəlif istiqamətlərə xərclənəcək vəsaitlərin miqdarı müəyyənləşdirilsin. Milli Bank dükanlarda manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi istifadə olunmasının qarşısını alacaq, Maliyyə Nazirliyi isə qiymətli kağızların tətbiqi ilə bağlı məsələləri araşdıracaq.



Fərmanda sahibkarlığın inkişafına da vəsaitlərin ayrılması nəzərdə tutulur. Sahibkarlar Konfederasiyasının rəhbəri Ələkbər Məmmədov bu istiqamətdə konkret addımların atılacağını gözlədiklərini dedi.



Prezidentin fərmanında ipoteka – uzunmüddətli dövlət krediti hesabına mənzillərin ayrılması da nəzərdə tutulur.



Digər bir istiqamət süni şəkildə qiymətləri qaldıran inhisarların rolunun azaldılmasıdır. Ancaq İqtisadi İnkişaf Assosiasiyasının prezidenti Orxan Kərimovun fikrincə, fərmanda anlaşılmayan məqamlar da var. Misal üçün, Gömrük Komitəsinə aid edilən məsələlər tamamilə başqa nazirliklərə tapşırılıb.



“Yeni Azərbaycan” qəzetinin iqtisadi şərhçisi Elbrus Orucov isə fərmanın yaxın vaxtlarda nəticə verəcəyini güman edir. Onun fikrincə, qiymətlərin enməsini çox gözləmək lazım gəlməyəcək – cəmi 3-4 ay.



Prezidentin imzaladığı antiinflyasiya tədbirləri haqqında fərmana görə, Vergilər Nazirliyi və Dövlət Statistika Komitəsi bütün məhsulların qiymətlərinin daimi monitorinqini aparacaq və onun nəticələrini rübdə bir dəfə mətbuatda dərc edəcək. Bu isə o deməkdir ki, fərmanın hansı nəticələr verdiyi artıq bu il sentyabrın 1-də bilinəcək.
XS
SM
MD
LG