Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 02:18

«Qərb lazımi addımlar atmasa Azərbaycanda da Özbəkistan variantı təkrarlana bilər»


Səs: Real audio
Milli Məclisin sədri Murtuz Ələskərov hesab edir ki, GUAM regiondakı münaqişələrin həllində mühüm rol oynaya bilər «Ayna» qəzetindəki «Rusiya Azərbaycanı silahla sakitləşdirməyə çalışır» başlıqlı məqalədə Zaur İbrahimli yazır ki, Gürcüstandan çıxarılan silahların Ermənistanda yerləşdirilməsi müqabilində Moskva kompensasiya kimi Bakıya güzəştli hərbi texnika təklif edə bilər. Məqalədə bildirilir ki, indiki situasiyada Rusiya Qafqaz respublikaları ilə, xüsusən də Azərbaycanla münasibətləri sərtləşdirmək istəmir. Elə bu məqsədlə də rəsmi Moskva Azərbaycan tərəfini sakitləşdirmək üçün güzəştli silah satışını təklif edəcək. Müəllif bildirir ki, artıq bu haqda Rusiya və beynəlxalq mətbuatda da bir sıra məlumat və ya şərhlərə rast gəlinir. Azərbaycanın mövqeyini şərh edən müəllif yazır ki, Bakı bu xoşagəlməz situasiyanı mülayimləşdirmək üçün Moskvanın təklifini qəbul edəcək.



«Yeni Müsavat» qəzetindəki «Hakimiyyətdən Müsavata maneçilik cəhdi» başlıqlı məqalədə Məhbubə Qasımbəyli yazır ki, iqtidar Müsavat partiyasına qarşı növbəti təzyiq siyasəti yürüdür. Məqalədə bildirilir ki, bu dəfə həmin təzyiqlər partiyanın iyunda keçirəcəyi qurultayı ilə bağlıdır. Müsavat öz qurultayını həmişəki kimi Şəhriyar adına Mədəniyyət Sarayında keçirmək istəyir. Bakı meriyası isə bu müraciətə rədd cavabı verib. Bakı şəhər İcra Hakimiyyəti partiyaya qurultayı keçirmək üçün Xətai adına Mədəniyyət Sarayını təklif edib və 16 milyon manat yer haqqı istəyib. Müsavat başqanı İsa Qəmbərsə deyib ki, hakimiyyət növbəti dəfə partiyaya qarşı qərəzli mövqe tutub. Müəllif yazır ki, partiyaya üzv olan insanları çalışdıqları idarələrdən uzaqlaşdımaq, bütün maliyyə kanallarını bağlamaq kimi halların sayı bir və ya iki olsaydı Müsavat başqanının bu fikri də qəribə görünərdi.



«Bakı-Xəbər»dəki «Avropa mətbuatı İlham Əliyevi İslam Kərimovla eyniləşdirir» başlıqlı məqalədə bildirilir ki, İlham Əliyev özbəkistanlı həmkarının «uğurunu» qoşunları köməyə çağırmaqdan öncə kütləvi qəbirlər qazmaqla üstələyə bilər. Məqalədə deyilir ki, Qərb lazımi addımları atmasa Azərbaycanda da Özbəkistan variantı təkrarlana bilər. Yazıda o da qeyd olunur ki, burda Özbəkistandan fərqli olaraq islam təməlçiliyi qorxusu olmadığından Qərb Azərbaycanın demokratik qüvvələrinə yardım etməyə mənən borcludur.
XS
SM
MD
LG