Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 18:23

Jurnalistin qətli ilə bağlı xüsusi xidmət orqanlarının yenidən Bakıya gəlişi gözlənir


Səs: Real audio
Milli Məclisin sədri Murtuz Ələskərov hesab edir ki, GUAM regiondakı münaqişələrin həllində mühüm rol oynaya bilər Mərhum jurnalist Elmar Hüseynovun həyat yoldaşı Ruşanə Hüseynova mayın 31-də Milli Təhlükəsizlik Nazirliyinə müraciət edib. Nazir Eldar Mahmudova ünvanlanan məktubda o, istintaqın gedişilə bağlı məlumatsızlıqdan şikayətlənir. Xanım Hüseynovanın sözlərinə görə, iş üzrə zərərçəkən şəxs qismində tanınmasına baxmayaraq istintaqdan heç bir məlumat ala bilmir.



O, nazirdən istintaqın gedişilə bağlı ona məlumat verilməsini xahiş edir. Əks təqdirdə başqa planlarının olduğunu deyən xanım Hüseynova bu planlar barədə bir neçə gündən sonra məlumat verəcəyini bildirir.



Elmar Hüseynovun qətlinin araşdırılması üzrə yaradılmış İctimai Təhqiqat Qrupunun üzvü Əlövsət Əliyev isə deyir ki, yaxın vaxtlarda ABŞ və Türkiyə xüsusi xidmət orqanları nümayəndələrinin işlə bağlı Bakıya gəlişi gözlənilr.



MTN-in mətbuat xidmətinin rəhbəri Arif Babayev isə Rüşanə Hüseynovanın qətlin istintaqı ilə bağlı tez-tez məlumatlandırıldığını bildirir: «Yeni məlumatlar aşkarlandıqca zərərçəkən kimi ona da xəbər veriləcək».



«Monitor» jurnalının baş redaktoru Elmar Hüseynov bu il martın 2-də yaşadığı evin kandarında qətlə yetirilib. Qətlin istintaqını əvvəlcə Respublika Prokurorluğu aparsa da, sonradan iş MTN-ə verilib.
XS
SM
MD
LG