Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 22:08
Rubrikalar

Nazirlik, komitə və səfirliklərdə yoxlamalar aparılacaq


Səs: Real audio
Milli Məclisin sədri Murtuz Ələskərov hesab edir ki, GUAM regiondakı münaqişələrin həllində mühüm rol oynaya bilər - Maliyyə Nazirliyi və Hesablama Palatası 51 nazirlik, komitə və səfirlikdə yoxlama aparacaq. “Azərtac” agentliyinin məlumatına görə, dövlət zəmanəti ilə kredit alan müəssisələr də yoxlanacaq. Ötən ilki yoxlamalar zamanı 50 təşkilatda təxminən 24.5 milyard manatlıq izafi xərclər müəyyən olunub. Bunun yalnız 4.5 milyard manatı dövlət büdcəsinə qaytarılıb.



- Xəzər neftinin Avropaya daşınması üçün daha bir istiqamət müəyyən olundu. Ukrayna prezidenti Viktor Yuşenkonun Qazaxıstana səfəri zamanı gələcəkdə neftin Bakı-Supsa və Bakı-Batumi marşrutları ilə Qara dənizdən keçməklə Odessa şəhərinə, oradan da Odessa-Brodı kəməri ilə Şərqi Avropaya daşınması qərara alınıb. “Uanews” agentliyinin məlumatına görə, Odessa-Brodı kəmərinin tikintisini maliyyələşdirməyi Qazaxıstan hökuməti öz üzərinə götürüb. Əvəzində kəmər Qazaxıstanın mülkiyyətinə keçəcək. Ukrayna kəmərin tikintisində Azərbaycanın da iştirakını təklif edib. İlkin qiymətləndirmələrə görə, boru xəttinin çəkilməsi 400-500 milyon dollara başa gələcək.



- Mayın 31-də Milli Bankdan aldığımız məlumata görə, 1 dollar 4758, 1 rubl isə 169 manatdır. Avro kəskin ucuzlaşaraq 5900 manata düşüb.
XS
SM
MD
LG