Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 15:53

Gəncənin icra başçısı abidələrin bərpası üçün kömək istəyir


Səs: Real audio
Milli Məclisin sədri Murtuz Ələskərov hesab edir ki, GUAM regiondakı münaqişələrin həllində mühüm rol oynaya bilər Mayın 31-də «Gəncənin maddi mədəniyyət abidələri» adlı kitabın təqdimetmə mərasimi keçirildi. Mərasimdə iştirak edən şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov kitabın şəhərin tarixilə maraqlananlar üçün maraqlı hədiyyə olacağını bildirdi.



Cənab Əzizovun sözlərinə görə, hazırda Gəncədə 600-dən çox tarixi və memarlıq abidəsi var: «Ancaq onların bəziləri Mədəniyyət Nazirliyində qeydiyyatdan keçməyib».



İki ildə 17 tarixi abidənin bərpa olunduğunu deyən icra başçısı digər abidələrin bərpası üçün kömək lazım olduğunu bildirdi. O, bu məqsədlə Mədəniyyət Nazirliyinə məktub göndəriləcəyini sözlərinə əlavə etdi.



Gəncə Dövlət Universitetinin tarixçi müəllimləri isə hesab edirlər ki, şəhərin tarixi yetərincə tədqiq edilməyib. Tarixçilərin fikrincə, qədim və orta dövrlərə aid memarlıq abidələri barədə hazırlanan bu kitab Gəncənin keçmişini araşdırmaq istəyənlər üçün zəngin mənbə rolunu oynayacaq.
XS
SM
MD
LG