Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 08:14
Rubrikalar

Bakı MDB və Baltikyanı ölkələrin spartakiadasına hazırlaşır


Səs: Real audio
Milli Məclisin sədri Murtuz Ələskərov hesab edir ki, GUAM regiondakı münaqişələrin həllində mühüm rol oynaya bilər - Mayın 31-də Beynəlxalq İdman Həmkarları Konfederasiyasının prezidenti Boris Roqotin Bakıya gəlib. Gənclər, İdman və Turizm Nazirliyindən verilən məlumata görə, səfərin məqsədi sentyabrda Bakıda keçiriləcək MDB və Baltikyanı ölkələrin 5-ci spartakiadasına hazırlığın vəziyyəti ilə tanış olmaqdır.



- Quba da beynəlxalq turnirə hazırlaşır. İyulun 26-31-də burada voleybol üzrə beynəlxalq “Qran-pri” yarışı keçiriləcək. Voleybol Federasiyasının əməkdaşı Zöhrab Gözəlbəylinin verdiyi məlumata görə, MDB-də bu ilk turnir olacaq.



«Almaniya, Hollandiya, Bolqarıstan kimi komandaların oyununu regionda izləmək tamaşaçılara ləzzət verəcək. Quba Olimpiya Komitəsi artıq yarışa hazırdır».



- İtaliyanın Lonato şəhərində keçirilən stend atıcılığı üzrə dünya çempionatında Zemfira Meftəhəddinova uğur qazana bilməyib. O, final mərhələsinə çıxsa da, 6-cı yerlə kifayətlənib.



- Beynəlxalq qrossmeyster Teymur Rəcəbov isə Dünya Kuboku uğrunda yarışda iştirak edəcək. Beynəlxalq Şahmat Federasiyasının (FİDE) təşkil etdiyi turnirin yeri və vaxtı hələlik müəyyənləşməyib. Turnirdə 8 şahmatçı mübarizə aparacaq.



- İyunun 11-də Türkiyədə gənclər arasında yüngül atletika üzrə beynəlxalq turnirin startı veriləcək. Azərbaycan atletləri 13 dövlətin idmançıları ilə qüvvələrini sınayacaqlar.
XS
SM
MD
LG