Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 00:14

YAP təmsilçisi görüşdə nəticə əldə edilməsinin tərəfdarıdır


Səs: Real audio
Kəmərin tikintisi zamanı bir sıra çatışmazlıqlar olub İyunun 1-də AXCP qərargahında iqtidar və müxalifət partiyalarının növbəti görüş-dialoqu keçiriləcək. AXCP sədrinin müavini Fuad Mustafayevin sözlərinə görə, onlar görüşdə iki əsas məsələnin müzakirəsini təklif edəcəklər. Təkliflərdən biri sərbəst toplaşma azadlığının təmin olunması, digərisə Seçki Məcəlləsinə əlavə və dəyişikliklərin edilməsidir.



Hakim Yeni Azərbaycan partiyasının icra katibi Əli Əhmədov isə bildirir ki, o, müzakirələrin sonunda hansısa nəticə əldə olunmasının tərəfdarıdır. O, bəzi müxalifət partiyalarının bu görüşün baş tutmasını istəmədiyini də sözlərinə əlavə edib.



Bu dəfə də görüşdə AXCP, Müsavat, Yeni Azərbaycan, Ana Vətən, Milli İstiqlal, Demokrat, Sosial Rifah və Vətəndaş Həmrəyliyi partiyalarının nümayəndələri iştirak edəcəklər.



İqtidar və müxalifət partiyaları arasında ilk görüş mayın 4-də YAP-ın qərargahında baş tutub. Mayın 17-də isə oxşar randevu ATƏT-in Bakı ofisinin təşəbbüsü ilə keçirilib. Həmin vaxt tərəflər 8 bənddən ibarət «Davranış konsensusu» adlı sənəd imzalayıblar.

Günün bütün mövzuları

XS
SM
MD
LG