Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 20:17

Çimərliklərdə kimyəvi müayinələr aparılır


Səs: Real audio
Kəmərin tikintisi zamanı bir sıra çatışmazlıqlar olub Hər il çimərlik mövsümü mayın 15-də başlasa da, bu dəfə açılış iyunun 10-a qədər uzana bilər. Dövlət Sularda Xilasetmə İdarəsinin şöbə rəisi Rafiq Ağayevin dediyinə görə, gecikmə çimərliklərdəki bir sıra problemlərlə bağlıdır.



Bakı şəhər İcra Hakimiyyətindən verilən məlumatda da deyilir ki, iyunun 10-a qədər çimərliklərin normal vəziyyətə gətirilməsi üçün göstəriş verilib.



Bakı şəhər Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini Ziyəddin Kazımovun sözlərinə görə isə, çimərliklərdə kimyəvi, radioloji və bakterioloji müayinələr aparılır. Müayinələrin nəticələri barədə həftəsonu əhaliyə məlumat veriləcək.



Çirkab suların təmizlənmədən dənizə axıdılması mərkəzin əməkdaşlarını daha çox narahat edir.



Paytaxt sakinləri isə rəsmi açılışı gözləməyib, artıq neçə gündür ki, dənizə baş vururlar. Onları narahat edən əsas məsələ istər suda, istərsə də ətrafda baş alıb gedən natəmizlikdir.



Xilaskarlar da artıq iş başındadırlar. Sularda Xilasetmə İdarəsinin şöbə rəisi Rafiq Ağayev: «Bu il Bakı, Abşeron və Sumqayıtdakı 20 dövlət çimərliyində xilasedici məntəqə qurulub. Özəl çimərliklərdən isə səkkizi idarə ilə müqavilə bağlayıb».
XS
SM
MD
LG