Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 16:32

«17 milyon dollarlıq yaxta»


Səs: Real audio
Kəmərin tikintisi zamanı bir sıra çatışmazlıqlar olub «Azadlıq» qəzetindəki «17 milyon dollarlıq yaxta» başlıqlı məqalədə Azərbaycanda baş verən rüşvətxorluq və korrupsiyadan bəhs olunur. Məqalədə bildirilir ki, ölkənin məmurları maaşlarından qat-qat bahalı həyat tərzi keçirirlər. Bu cür məsələlərdə prezident İlham Əliyevin də adının hallandığı yazıda xüsusi qeyd olunur. Daha sonra hakimiyyətdəki mənbələrə əsaslanan qəzet yazır ki, bu günlərdə Milli Parkda yerləşən «Yaxt klub»a 17 milyon ABŞ dolları məbləğində yaxta gətiriləcək. Məqalədə iddia edilir ki, bu, hətta rəsmi sənədlərdə də prezidentin adına sənədləşdirilib. Adıgedən klubun prezidentin yüksək səviyyədə istirahətini təmin etmək üçün tikildiyini bildirən məqalədə qeyd olunur ki, qəzetin

məsələni yerində araşdırmaq üçün kluba yollanan müxbirini içəri buraxmayıblar.



«525-ci qəzet» paytaxtda inşa olunan yeni binalarla bağlı memar Vüqar Həsənovun müsahibəsini dərc edib. Memar bildirir ki, yüksək mərtəbəli binaların inşası şəhərin baş planına ziddir. O, həmçinin bildirir ki, iş adamlarının gələcəkdə ciddi problemlərə səbəb ola biləcək qənaətcilliyi sayəsində binaların özülü yaxşı qoyulmur. Belə binaların zəlzələlərə davamsız olduğunu deyən memar hesab edir ki, paytaxtda yüngül yeraltı təkanlar olsa, bu binaların zərər çəkməyəcəyinə zəmanət yoxdur. O, Bakının coğrafi mövqeyini nəzərə alaraq deyir ki, şəhərdə inşa olunan binaların hamısı cənub istiqamətində tikilməlidir. Əks halda mənzillərə tam günəş işığı düşmür. Memar bildirir ki, yüksək mərtəbəli binalarda mənzillər qışda 2, yayda isə 4 saat günəş şüası ilə təmin olunmalıdır. Əks halda binalarda mikrobakteriyalar inkişaf edir və bu müxtəlif xəstəliklər yaradır.



Malik Hüseynov «Bakı-Xəbər» qəzetindəki məqaləsində yazır ki, ABŞ-ın nüfuzlu «American Proqress Action Fund» təşkilatı Buş administrasiyasını avtoritar rejimli ölkələrin rəhbərləri ilə əlaqə saxlamaqdan çəkinməyə çağırıb. Müəllif yazır ki, belə xəbərdarlıqlar BTC-nin açılışı zamanı ABŞ-ın energetika nazirinin Azərbaycan prezidenti İlham Əliyevlə yanaşı dayanıb şəkil çəkdirməsindən sonra edilib. Məqalədə vurğulanır ki, belə xəbərdarlıqların nəticəsində Amerika hətta böyük marağı olan iri layihələrə belə ehtiyatla yanaşmağa məcbur olacaq. Müəllif hesab edir ki, bu, həm də demokratik dövlət imicini qorumaq üçün vacib şərtlərdən biridir.
XS
SM
MD
LG