Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 01:46

İyunun əvvəlindən seçici vəsiqələrinin verilməsinə başlanacaq


Səs: Real audio
Kəmərin tikintisi zamanı bir sıra çatışmazlıqlar olub Mərkəzi Seçki Komissiyasından verilən məlumata görə, artıq seçici vəsiqələrinin hazırlanması prosesi başa çatdırılıb. Gələn ayın əvvəlindən vəsiqələr seçicilərə paylanacaq. Bu işi məntəqə seçki komissiyaları həyata keçirəcək. MSK-nın katibi Natiq Məmmədov bildirir ki, seçicinin özü və ya etibar etdiyi şəxs də vəsiqəni ala bilər.



Azərbaycanda seçicilərin sayı dörd milyon yarımdan çoxdur. Çap olunacaq vəsiqələrin sayı bundan on faiz artıq olacaq ki, bu da təxminən 450 min seçici vəsiqəsi edir. N.Məmmədov deyir ki, bu, vəsiqələrin itməsi, korlanması və s. ehtimallar üçün nəzərdə tutulub.



Seçki Texnologiyaları İnstitutunun rəhbəri Şirzad Məmmədli isə bildirir ki, seçici vəsiqələri bir nəfərin iki və ya bir neçə dəfə səs verməsinin qarşısını ala bilər: «Amma Azərbaycan reallığında bu vəsiqələrdən seçkinin saxtalaşdırılmasında da istifadə oluna bilər». O, seçici vəsiqələrinin lazım olandan artıq çap olunmasının saxtakarlığa xidmət edə biləcəyini düşünür.



MSK katibi Vidadi Mahmudlu isə hesab edir ki, seçici vəsiqələrindən başqa məqsədlər üçün istifadə olunmaması mexanizmi yaradılmalıdır: «Məsələn, səs vermiş vətəndaşın vəsiqəsinə müəyyən işarələr qoyula, hətta məntəqə seçki komissiyası möhür də vura bilər».



Seçki Məcəlləsinin 46.2 maddəsinə görə, səsvermədə iştirak edən şəxslərə seçici vəsiqələrinin verilməsi məcburidir. Son parlament və prezident seçkilərində bu vəsiqələrin verilməməsi maddi vəsaitin çatışmazlığ ilə izah olunmuşdu. Prezident İlham Əliyevin mayın 11-də imzaladığı «Seçki praktikasının təkmilləşdirilməsi haqqında» sərəncamında isə MSK və aşağı komissiyalara vətəndaşların seçici vəsiqələri ilə təmin olunması tövsiyə olunurdu.

Günün bütün mövzuları

XS
SM
MD
LG