Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 21:59

MSK sədri komissiya üzvləri və məmurlara xəbərdarlıq etdi


Səs: Real audio
Kəmərin tikintisi zamanı bir sıra çatışmazlıqlar olub Bu ilki parlament seçkilərində 4 milyon yarımdan artıq seçici iştirak edəcək. Bu barədə Mərkəzi Seçki Komissiyasının sədri Məhazir Pənahov komissiyada keçirilən toplantıda məlumat verdi. O, artıq seçici siyahılarının dairə və məntəqə komissyalarına göndərilməsinə başlandığını bildirdi .



Bəzi dairə seçki komissiyalarından göndərilən siyahılarda qüsurların üzə çıxmasına toxunan cənab Pənahov belə səhvlərə yol verən komissiya üzvləri və yerli məmurların cəzalandırılacağını bildirdi. O, prezidentin «Seçki praktikasının təkmilləşdirilməsi haqqında» sərəncamının MSK-ya belə səlahiyyət verdiyini dedi.



MSK sədri dedi ki, seçicilərin maarifləndirilməsi üçün AzTV-1-də reklam çarxları və məlumatlar əks etdirən qısa proqramlar yerləşdirilib və mütəmadi efirə buraxılır. İyun ayından isə yerlərdə komissiya üzvləri və seçicilər üçün də seminar-treninqlər keçiriləcək.



33 saylı Xətai, 7 saylı Mingəçevir, 87 saylı Ağsu və daha 4 dairə seçki komissiyasının bir neçə üzvü və sədrləri MSK-dan çıxarılmaları ilə bağlı ərizə yazıblar. Bu haqda MSK sədrinin müavini Svetlana Qasımovanın məlumatı komissiyanın müxalifətdən olan katibi Vidadi Mahmudlunun narazılığına səbəb oldu. O, belə halların ötən seçkilərdə də baş verdiyini və eyni vaxtda bu qədər komissiya üzvünün xəstələnməsinin bir sıra beynəlxalq təşkilatlarda da şübhə doğurduğunu bildirdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG