Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 20:14

Ali məktəblərdə kredit sistemi tətbiq olunacaq


Səs: Real audio
Kəmərin tikintisi zamanı bir sıra çatışmazlıqlar olub Mayın 19-da Norveçin Berqan şəhərində Avropa Şurasına üzv olan ölkələrin təhsil nazirlərinin görüşündə Azərbaycan rəsmi şəkildə Boloniya prosesinə qoşulub.



1999-cu ilin iyun ayında İtaliyanın Boloniya şəhərində 30 Avropa ölkəsinin təhsil nazirlərinin görüşündə bu qitədə vahid təhsil məkanının yaradılması ilə bağlı saziş imzalanıb. Sonradan “Boloniya deklarasiyası” kimi tanınan həmin sazişə qoşulan ölkələr 2010-cu ilə kimi ali təhsil sahəsində böyük islahatlar aparmalıdırlar.




Təhsil Nazirliyinin icra aparatının rəhbəri İlham Pirməmmədov deyir ki, ilk növbədə, Azərbaycanın təhsil sistemində kredit sistemi (çoxballı qiymətləndirmə) tətbiq olunacaq. Ancaq İlham Pirməmmədova görə, “beş ballıq” sistemlə qiymətləndirmə aparılan bir ölkədə birbaşa kreditlər sisteminə keçid son dərəcə çətin olacaq. Baxmayaraq ki, 1998-ci ilin ortalarından bəzi ali təhsil müəssisələrində bu sistem tətbiq olunur.



Üstünlüklərdən digəri isə dərəcələrin tanınması ilə bağlıdır. İlham Pirməmmədova görə, məzunlara heç bir haqq alınmadan diploma əlavə sənəd veriləcək. Avropa dillərinin birində tərtib olunacaq bu sənəd sonradan istənilən Avropa ölkəsində işə düzələrkən mühüm rol oynayacaq.



Təhsildə İslahatlara Yardım Mərkəzinin rəhbəri Zəminə Əliqızı da hesab edir ki, Boloniya prosesinə qoşulmaqla Azərbaycan təhsili xeyli inkişaf edə bilər. Amma o hesab edir ki, bu yeniləşmə təhsil müəssisələrində könüllü olmalıdır.



Kənarda Təhsil Almış Mütəxəssislər Təşkilatının rəhbəri Natiq Əhmədov isə hesab edir ki, təkcə Boloniya prosesinə qoşulmaq Azərbaycan təhsilindəki problemləri həll etməyəcək. Onun qənaətinə görə, problemləri hansısa prosesə qoşulmadan da həll etmək olar.
XS
SM
MD
LG