Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 13:37

"Talış məsələsi Ermənistanda yenidən qaldırıldı"


Səs: Real audio
Kəmərin tikintisi zamanı bir sıra çatışmazlıqlar olub Amerikanın Ceymstaun Fonduna məxsus “Eurasia Daily Monitor” veb-saytında bildirilir ki, ötən həftə Ermənistanın Tsağkadzor şəhərində Yerevan Dövlət Universiteti və Yerevandakı İran Araşdırmaları Mərkəzinin təşkilatçılığı ilə “TALIŞ TƏDQİQATLARI ÜZRƏ İLK BEYNƏLXALQ KONFRANS” keçirilib.



Məqalə müəllifi Vladimir Sokorun fikrincə, təşəbbüs Ermənistandakı siyasi dairələrdən gəlib və məqsəd yenidən Azərbaycandakı talışların muxtariyyəti məsələsini ortaya atmaqdır.



Toplantıda İran və Rusiyadakı talış diasporunun üzvlərindən başqa Azərbaycandan da iştirakçılar olub.



Azərbaycanın xarici işlər nazirinin müavini Araz Əzimov hesab edir ki, Ermənistanda belə tədbirin keçirilməsində başqa məqsəd var. Çünki, “Azərbaycanın tamhüquqlu vətəndaşları olan talışların Ermənistanın hər-hansı yardımına ehtiyacı yoxdur”.



Cənab Əzimov ərazisində talış yaşamayan Ermənistanın bu konfransı keçirməsini “təhrikçi tədbir” adlandırıb.



Moskvada fəaliyyət göstərən, əvvəllər “Talış Xalq partiyası”, indi isə “Azərbaycandakı xalqların bərabərliyi partiyası” adlanan qrup toplantıya qatılmayıb və qatılanları “macəraçı millətçilər” adlandırıb. Bu qrup talışların özünüifadəsi üçün daha geniş imkanlar axtarır və Azərbaycan hökuməti ilə danışıqların tərəfdarıdır.



Ermənistanda keçirilən konfransın nəticəsində “Beynəlxalq Talış Assosiasiyası” adlanan qurum yaradılıb. “Assosiasiyanın” idarə heyəti seçilib və gələcək konfransların planı elan olunub. Proqrama əsasən, gələcəkdə talış dilini, mədəni irsini qorumağa kömək etmək üçün materiallar nəşr olunacaq.



Fars dilinə yaxın dialektlərdə danışan talışlar şiə məzhəbli müsəlmanlardır. Azərbaycanın İranla sərhəddində – Lerik, Lənkəran, Astara bölgəsində məskunlaşıblar. Rəsmi statistikaya görə, Azərbaycanda 80 min talış yaşayır. Bəzi talış mənbələrinə görə, onların sayı 500 minə qədərdir.
XS
SM
MD
LG