Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 11:13
Rubrikalar

Dövlət və özəlləşdirilən müəssisələrin borcları silindi


Səs: Real audio
Kəmərin tikintisi zamanı bir sıra çatışmazlıqlar olub - Prezidentin imzaladığı fərmana görə, dövlət və özəlləşdirilən müəssisələrin 2003-cü ilin noyabrın 1-dək olan borcları silinib.



- Digər bir fərmanla “Azərbaycan Respublikasının Milli Bankı haqqında” qanun qüvvəyə minib. Fərmana görə, Milli Bank dövriyyədən çıxarılan pulların ləğvi qaydalarını hazırlayıb prezidentə təqdim etməlidir.



- Rusiyanın “Lukoil” neft şirkəti “Şahdəniz” qaz yatağında işlərin aparılması üçün kredit almağa hazırlaşır. Rusiyanın “Vedomosti” agentliyinin məlumatına görə, Avropa Yenidənqurma və İnkişaf Bankı artıq 110 milyon dollarlıq vəsaitin ayrılmasının mümkün olduğunu bildirib. Bundan əlavə, beynəlxalq qurum “Lukoil”un Cənubi Qafqaz qaz kəmərindəki 70 milyon dollarlıq payını da maliyyələşdirməyə hazırdır. Bu kəmərlə “Şahdəniz” yatağından çıxarılacaq mavi yanacaq Azərbaycandan Gürcüstan ərazisi ilə Türkiyənin Ərzurum şəhərinə ixrac olunacaq.



- Mayın 30-da Milli Bankdan aldığımız məlumata görə, 1 dollar 4763 manat, 1 rubl 169, 1 avro isə 5973 manatdır.
XS
SM
MD
LG