Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 17:25

Yüz minə yaxın şagird üçün son zəng çalınacaq


Səs: Real audio
Kəmərin tikintisi zamanı bir sıra çatışmazlıqlar olub Təhsil nazirliyinin orta məktəblər şöbəsinin müdiri Aydın Əhmədovun verdiyi məlumata görə, mayın 31-də Azərbaycanda yüz minə yaxın şagird 11-ci sinfi bitirəcək. Birinci sinfi qurtaranların sayı isə 140 minə yaxın olacaq.



Bu ildən etibarən orta məktəblərdə ancaq buraxılış - 9 və 11-ci siniflərdə imtahan olacaq. Digər sinif şagirdləri üçün imtahanlar ləğv olunub. «İmtahanlar əvvəlki illərdə olduğu kimi keçiriləcək. Hər hansı əlavə və mürəkkəblik olmayacaq» - deyə, cənab Əhmədov bildirir.



Son zəng tədbirləri məktəblərdə saat 12-dən 1-ə qədər davam edəcək. Sonra şagirdlər gəzintiyə çıxacaqlar.

Axşam saatlarında isə Milli Parkda 11-cilərin şərəfinə konsert olacaq.



Bakı şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, xoşagəlməz halların qarşısını almaq üçün polis gücləndirilmiş rejimdə işləyəcək.
XS
SM
MD
LG