Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 03:37
Rubrikalar

Voleybolçu qadınlar sonuncu seçmə mərhələsinə vəsiqə qazandı


Səs: Real audio
Kəmərin tikintisi zamanı bir sıra çatışmazlıqlar olub - İspaniya, Belçika və Rumıniya yığma komandalarına qalib gələn Azərbaycanın voleybolçu qadınları dünya çempionatının sonuncu – üçüncü seçmə mərhələsinə vəsiqə qazanıb. Yığma komandanın sonrakı qarşılaşmaları haqqında Voleybol Federasiyasının əməkdaşı Zöhrab Gözəlbəyli məlumat verir.



«Azərbaycan yığma komandası iyulun 1-3-ü Moskvada dünya çempionatının 3-cü təsnifat mərhələsində iştirak edəcək. Rəqiblərdən ikisi –Rusiya və Bolqarıstan milli komandaları məlumdur. Digər rəqib isə iyun ayında məlum olacaq. Bu, Serbiya, Xorvatiya, ya da Slovakiya komandalarından biri olacaq. Dünya çempionatına vəsiqə qazanmaq üçün Azərbaycan yığmasına bu mərhələdə ilk iki yeri tutmaq lazımdır».



Dünya çempionatı isə noyabr ayında Yaponiyada keçiriləcək.



- İyunun 4-də futbol üzrə dünya çempionatının seçmə mərhələsində Polşa milliləri ilə qarşılaşacaq Azərbaycan yığma komandası isə bu oyuna hazırlıq məqsədi ilə mayın 29-da Tehranda İran yığması ilə görüşüb. Üstünlük meydan sahiblərinin tərəfində olub və onlar 2:1 hesabı ilə qalib gəliblər.



- Bakıda isə futbol üzrə Azərbaycan Kubokunun sahibi müəyyənləşib. «Bakı» ilə «İnter» klubu arasında keçən oyunda «Bakı» qalib gələrək ölkə kubokuna sahib olub.



- İyunun 3-5-də Bakıda aykido uzrə beynəlxalq seminar keçiriləcək. 10-cu və 6-cı dan qara kəmər sahibləri – Serbiyadan olan Lyubomir Vraçaroviç və Türkiyədən olan Luber Saydan idmançılarla məşqlər aparacaq və yüksək danlara sahib olmaları üçün onlardan imtahan götürəcəklər.



Aykido idman növü Azərbaycanda 11 ildir mövcuddur.
XS
SM
MD
LG