Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 04:30

BTC-nin beş istiqamətdə monitorinqi aparılıb


Səs: Real audio
Kəmərin tikintisi zamanı bir sıra çatışmazlıqlar olub Bir qrup qeyri-hökumət təşkilatı (QHT) beş istiqamətdə Bakı-Tbilisi-Ceyhan əsas ixrac kəmərinin monitorinqini aparıb. QHT təmsilçilərinin gəldiyi qənaətə görə, kəmərin tikintisi zamanı bir sıra çatışmazlıqlar olub. Bu çatışmazlıqlarin müəyyən hissəsi BTC-də çalışan azərbaycanlılarla əcnəbilərin maaşları arasındakı fərqlə bağlıdır.



İnsan hüquqları üzrə monitorinq qrupunun rəhbəri Mais Gülalıyev deyir ki, eyni işi görən əcnəbinin əmək haqqı azərbaycanlının məvacibindən üç və ya dörd dəfə çox olub.



Sosial monitorinq qrupunun rəhbəri Gülayə Quliyeva isə bildirir ki, kəmərin inşası zamanı bir sıra sosial layihələrin həyata keçirilməsinə vəsait ayrılsa da, bunun yalnız 40 faizi əhaliyə çatıb. Qalan məbləğ beynəlxalq təşkilatlara verilib.



BTC-nin tikintisi zamanı Ağstafa rayonunda iki qədim qutu qəbir zədələnib.



Monitorinqin nəticələrini 2005-ci ilin yanvarında kəmərin tikintisinə rəhbərliyi həyata keçirən «bp-Azərbaycan»a verdiklərini deyən QHT təmsilçilərinin sözlərinə görə, şirkət nəticənin açıqlanmasına imkan verməyib.



Onların sözlərinə görə, 54 dəfə şirkətin rəhbərliyi ilə görüşsələr də, çatışmazlıqların aradan qaldırılması üçün heç bir iş görülməyib.



«bp-Azərbaycan»ın media üzrə meneceri Tamam Bayatlı isə söylənənlərin həqiqəti əks etdirmədiyini və hesabatın mayın birinci həftəsində şirkətə təqdim edildiyini bildirdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG