Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 06:26

Telefon düzəltmək tək “kişi işi” deyil


Səs: Real audio
İstənilən halda qurumun tövsiyələri nəzərə alınmalıdır Qonağım 20 yaşlı Firəngiz Bəkilova mobil telefon ustasıdır. Firəngiz 5 saylı Bakı Peşə Litseyinin müasir fərdi kompüter operatoru fakültəsini bitirsə də, mobil telefonlara olan bağlılığı onu bu sənətə gətirib.



“Mən satıcı işləyirdim. Burada usta Əvəz var idi və o, iki şagird hazırlaşdırırdı. Mən onlardan soruşanda ki, bu sənəti necə öyrənə bilərəm, mənə “Ümid” təşkilatına müraciət etməyi məsləhət gördülər. Həmin təşkilatın köməkliyi ilə 3 ay kursa getdim. Hazırda burada usta işləyirəm. Telefona marağım həddən artıqdır”.



Ailədə isə Firəngizin bu sənətə yiyələndiyini yalnız diplom alandan sonra biliblər.



“Mənim kursa getdiyimi diplom alandan sonra bildilər. Sevindilər. Sonra gəlib gördülər ki, mən burada telefon ustası işləyirəm”.



Bu sənətdə oğlanları görməyi adət edənlər bəzən Firəngizin bacarığına şübhə ilə yanaşırlar.



“Bəzən telefon düzəltdirməyə gələnlər soruşurlar ki, usta var, ya yox. Deyəndə ki, usta mənəm bəzən “düzəldə bilmərsən” - deyə telefonu vermirlər. Amma düzəldəndən sonra daimi müştərim olurlar”.



Firəngizin sənətinə olan sevgisi isə hədsizdir.



“İşimə o qədər bağlıyam ki, bəzən yatanda da “adapteri, telefonu ver” - deyə sayıqlayıram. Yuxuda da bunları görürəm”.
XS
SM
MD
LG