Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 13:58

Müstəqillik günü qeyd edildi


Səs: Real audio
İstənilən halda qurumun tövsiyələri nəzərə alınmalıdır Mayın 28-də AXCP, ADP, Müsavat, Liberal və sair müxalifət partiyaları, eləcə də bir sıra ictimai birlik və təşkilatlar, Avropa ölkələrindən olan qonaqlar Məmməd Əmin Rəsulzadənin Novxanı kəndindəki büstü qarşısında Müstəqillik günü ilə əlaqədar mitinq keçirdilər.



Tədbirdə çıxış edən AXCP sədri Əli Kərimli dedi ki, 1918-ci ilin may ayının 28-də Azərbaycan xalqı özünün istiqlalını elan etdi. Bu hadisə ilə bütün türk dünyasında, eləcə də bütün Şərqdə ilk dəfə olaraq demokratik əsaslara söykənən bir dövlət quruldu.



«Bu dövlətin qurulmasında Azərbaycanın görkəmli siyasət adamlarının – böyük öndərimiz Məmməd Əmin Rəsulzadənin, Nəsib bəy Yusifbəylinin, Fətəli xan Xoylunun, Əlimərdan bəy Topçubaşovun və digər dəyərli insanlarımızın böyük fəaliyyətləri olub».



Əli Kərimli deyir ki, 1920-ci ildə bolşeviklərin işğalından sonra Azərbaycanda yeni bir nəsil – istiqlalçılar nəsli yetişdi. Bu nəslin son dövr mübarizəsi 1988-ci ildə özünü göstərdi.



AXCP sədrinin fikrincə, Azərbaycanda hüquqi dövlətin qurulması uğrunda həmin mücadilə bu gün də davam edir.



Türkiyədə fəaliyyət göstərən Azərbaycan Kültür Dərnəyi qadınlar qurumunun rəhbəri, Xalq Cümhuriyyətinin qurucularının nəvələrindən olan Nəsrin Ünal isə Məmməd Əmin Rəsulzadənin Bakıda yetərincə qiymətləndirilmədiyini dedi.



Onun sözlərinə görə, Məmməd Əmin Rəsulzadə bir müstəqillik savaşçısı, ideoloq və dövlət qurucusu idi. Bu üç şeyi isə Azərbaycan tarixində özündə birləşdirmiş çox az adam var.



«Biz istərdik ki, Məmməd Əmin Rəsulzadənin dəyəri Bakıda da verilsin. Biz bunu Ankarada etdik. Böyük parklara, meydanlara, məktəblərə onun adını verdik. Kimliyini uşaqlarımıza anlatdıq. Əminəm ki, Azərbaycanda da belə olacaq».



Mitinqdə iştirak edənlər bugünkü hakimiyyətin Azərbaycan Xalq Cümhuriyyətinin qurucularına, xüsusən M. Ə. Rəsulzadəyə laqeyid münasibətindən danışdılar. Bakıda onun heykəlinin qoyulmamasına etirazlarını bildirdilər.



Azərbaycan Liberal partiyasının sədr müavini Əvəz Teymurxan isə hakimiyyətin bu cür hərəkətlərlə Rəsulzadəni xalqa unutdura bilməyəcəyini dedi.



YAP Siyasi Şurasının üzvü, millət vəkili Aydın Mirzəzadə isə deyir ki, müxalifət Məmməd Əmin Rəsulzadənin adından siyasi məqsədlər üçün istifadə edir.



Onun sözlərinə görə, hakimiyyətin Məmməd Əmin Rəsulzadənin fəaliyyətinə münasibəti həmişə müsbət olub. Təkcə Rəsulzadə yox, onun digər silahdaşları da həmin tarixin ən parlaq şəxsiyyətlərindən olublar. Mərhum prezident Heydər Əliyev dəfələrlə öz çıxışlarında onların fəaliyyətini yüksək qiymətləndirib.



«Məmməd Əmin Rəsulzadəyə ən böyük abidə bugünkü Azərbaycan dövlətinin qorunub saxlanmasıdır».



Aydın Mirzəzadə deyir ki, belə bir adamın adından iqtidarla mübarizədə istifadə etmək təəssüf doğurur.



Mərasim Azərbaycanın eks-prezidenti Əbülfəz Elçibəyin məzarının ziyarəti ilə başa çatdı.



Mayın 27-də “Gülüstan” sarayında prezident İlham Əliyevin iştirakı ilə Müstəqillik günü münasibətilə bayram tədbiri keçirilib. Müstəqillik günü bölgələrdə də dövlət səviyyəsində qeyd edilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG