Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 15:52

“Növbəti parlamentə buraxılmayacaq deputatların siyahısı artıq hazırdır”


Səs: Real audio
İstənilən halda qurumun tövsiyələri nəzərə alınmalıdır «Ayna» qəzetindəki 28 May - İstiqlaliyyət günü ilə bağlı «Mühacirət həyatının çətinliklərini ancaq onu yaşayanlar bilər» başlıqlı məqalədə Demokratik Cümhuriyyətin qurucularından olan Məmməd Əmin Rəsulzadənin rastlaşdığı çətinliklərdən bəhs olunur.



Məqalədə bir vaxtlar Türkiyədəki sol düşərgənin qəzetçilərindən olan Uğur Mumcunun yazılarına da istinad olunur. Bildirilir ki, almanlar uzun müddət Rəsulzadəni ələ keçirmək üçün çalışıblar. 6 ay danışıqlar aparılandan sonra Rəsulzadəyə Brezdendə professor olaraq işləmək təklif edilib. Sonradan almanlar özləri etiraf ediblər ki, Rəsulzadəni heç bir şeylə - pul, şöhrət, vəzifə ilə ələ ala bilməyiblər.



O, almanlarla yalnız Azərbaycanın müstəqilliyini şərt qoyaraq əməkdaşlıq edə biləcəyini söyləyib. Almanlarsa buna heç bir şəkildə razı olmamışlar.



«Xalq Cəbhəsi» qəzeti keçmiş Dövlət Əmlak Komitəsinin sədri Qüdrət Əbdülsəlimzadə ilə müsahibə dərc edib. Keçmiş komitə sədri bildirir ki, keçid dövrünü yaşayan Azərbaycanı qarşıda hələ çox problemlər gözləyir.



İqtisadçının fikrincə, Azərbaycanı orta dünya səviyyəsinə çatdırmaq üçün ilk növbədə rüşvətxorluq və korrupsiyaya qarşı maksimum mübarizə aparmaq lazımdır. O, vəziyyətdən çıxış yolunu Azərbaycanın milli perspektiv, sosial-iqtisadi inkişaf konsepsiyasının hazırlanmasında görür.



Tuncay «Yeni Müsavat»dakı məqaləsində yazır ki, növbəti parlamentdə mandat ala bilməyəcək deputatların siyahısı artıq hazırdır. Bu siyahının məhdud dairədə İlham Əliyevin özünün də iştirakı ilə bir neçə dəfə müzakirə olunduğunu iddia edən müəllifə görə, bu haqda Azərbaycandakı bəzi səfirlərin də məlumatı var və onlar da siyahıda adları olan şəxslərin əksəriyyətinin növbəti parlamentə buraxılmamasına tərəfdardırlar.



Maqələdə bildirilir ki, həmin siyahı beynəlxalq qurumlar və xarici ölkələrin buradakı səfirləri vasitəsi ilə hakimiyyətə təzyiqlərinin nəticəsində hazırlanıb. Noyabrda mandat ala bilməyəcək şəxslər sırasına spiker Murtuz Ələsgərov, prezident İlham Əliyevin əmisi Cəlal Əliyev, Əli Əlirzayev, Kərəm Əliyev, Şahəddin Əliyev, Zeynab Xanlarova və Maqsud İbrahimbəyov daxildir.

Günün bütün mövzuları

XS
SM
MD
LG