Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 08:09

“Təhsil qanununun qəbul edilməməsi bir cümləyə görədir”


Səs: Real audio
İstənilən halda qurumun tövsiyələri nəzərə alınmalıdır Milli Məclisin vitse-spikeri Ziyafət Əsgərov hesab edir ki, təhsil haqqında qanunun qəbul olunmamasının səbəbi hamıya məlumdur. Amma o, parlamentin mayın 27-də keçirilən iclasında maneələri kimin yaratdığı barədə heç nə deməyib.



MM-in Təhsil Komissiyasının sədri Şahlar Əsgərov isə bildirib ki, qanun layihəsi «Orta məktəblərin buraxılış imtahanları ali məktəblərə qəbul imtahanları ilə birləşdirilsin» cümləsi ətrafındakı mübahisələrə görə qəbul olunmur.



Xəzər Universitetinin rektoru, professor Hamlet İsaxanlı isə deyir ki, layihə normal olsa və 1992-ci ildən müzakirə edilsə də, 9 ildir təsdiqlənmir.
XS
SM
MD
LG