Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 20:03

Saxta sənədlərlə Azərbaycana keçmək istəyən iki nəfər tutuldu


Səs: Real audio
O, Mahaçqalada keçirilən forumda iştirak edəcək Mayın 27-də Rusiya - Azərbaycan sərhəddinin Dağıstan Respublikasının Məhərrəmkənd rayonunda yerləşən Yaraqqazmalar sərhəd - keçid məntəqəsində iki şübhəli şəxs həbs edilib.



Dağıstan Daxili İşlər Nazirliyi mətbuat xidmətinin rəhbəri Abdul Musayevin bildirdiyinə görə, həbs edilənlər Dasiyev və Nurmaqomedov soyadlı Qızılyurt rayon sakinləridir. Onlar Yusup Saibov və Murat Əsadullayevin adına olan saxta sənədlərlə Azərbaycana keçmək istəyirmişlər.



Tutulanlar Məhərrəmkənd rayon milis şöbəsinə aparılıblar. Onların saxta pasportlarla nə üçün Azərbaycana keçmək istədikləri hələlik açıqlanmır.



Hər iki şəxs barədə RF Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi qaldırılıb.
XS
SM
MD
LG