Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 09:29

ABŞ-ın parlament seçkiləri ılə bağlı təklifləri var


Səs: Real audio
O, Mahaçqalada keçirilən forumda iştirak edəcək ABŞ-ın Azərbaycandakı səfiri Rino Harniş iqtidar və müxalifət partiyaları rəhbərlərinin yenidən görüşəcəyinə ümid edir. Onun sözlərinə görə, bu, seçkilər zamanı narahtlıq doğuran məsələlərin aradan qaldırılması üçün yaxşı mexanizm ola bilər.



Cənab Harniş parlament seçkilərinin azad və ədalətli keçirilməsi üçün ABŞ-ın bir sıra təkliflər irəli sürəcəyini bildirdi. Bu təkliflər əsasən treyninq və exit-poll keçirilməsini nəzərdə tutur. O, bildirdi ki, exit-poll keçirilməsində ABŞ-ın müsbət ənənəsi var: «Elə bir şirkət seçəcəyik ki, bu sahədə böyük təcrübəyə malik olsun».



Səfir Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin regiona balans gətirəcəyini bildirdi.



O, ANS telekanalının müxbrinə Naxçıvanda təzyiq edilməsi barədə səslənən iddialara cavab verərək dedi ki, bu, təəssüf doğuran hadisədir: «ABŞ söz və mətbuat azadlığını dəstəkləyir. Hesab edirəm ki, Naxçıvan rəsmiləri bu məsələ üzərində fikirləşməlidirlər».
XS
SM
MD
LG