Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 02:04

Həmsədrlər Elmar Məmmədyarovla görüşdü


Səs: Real audio
O, Mahaçqalada keçirilən forumda iştirak edəcək ATƏT-in Minsk qrupunun həmsədrləri - Bernar Fasye, Yuri Merzlyakov və Stiven Mənn mayın 27-də Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla görüşdü. Görüşdə müzakirə edilən məsələlərlə bağlı jurnalistlərə açıqlama verilmədi.



Daha sonra həmsədrlər dərhal prezident İlham Əliyevlə görüşə getdilər.



Son bir ay yarımda bu, həmsədrlərin oxşar formatda üçüncü görüşüdür. Bundan əvvəl aprelin 15-də Londonda, 27-də isə Franktfurktda bir araya gəlmişdilər. Həmin müddətdə həmsədrlər iki dəfə Ermənistanın xarici işlər naziri Vardan Oskanyanla da görüşmüşdülər.



Bu günkü görüşlərdə Minsk qrupu həmsədrlərinin «Praqa prosesi» çərçivəsində Dağlıq Qarabağ münaqişəsinin həllinin müzakirəsini davam etdirəcəkləri bildirilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG