Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 06:46

«907-ci düzəliş»in birdəfəlik ləğvi istiqamətində iş aparılır


Səs: Real audio
O, Mahaçqalada keçirilən forumda iştirak edəcək «Yeni Azərbaycan» qəzetindəki məqaləsində Mais Piriyev Bakı-Tbilisi-Ceyhan boru kəmərinin açılışıyla yanaşı Azərbaycanın qonşu dövlətlərlə münasibətlərinə də toxunur. Müəllif yazır ki, gör, iş nə yerə çatıb ki, Rusiya öz nümayəndəsini BTC-nin açılışına göndərməyib. Müəllifə görə, bu, Rusiyanın həm Azərbaycana, həm də BTC-yə olan münasibətinin təzahürüdür. Düşünmək olar ki, yaxın vaxtlarda Rusiya-Azərbaycan münasibətlərindəki sərinlik daha da artacaq.



«907-ci düzəliş»in birdəfəlik ləğvi istiqamətində iş aparılır». Bunu «525-ci qəzet» Azərbaycanın ABŞ-dakı səfiri Hafiz Paşayevə istinadən yazır. Səfir deyir ki, Azərbaycanda daxili vəziyyət bir qədər dəyişsə, «907-ci düzəliş»in aradan qaldırılması imkanları xeyli artar. Onun fikrincə, ABŞ-ın Cənubi Qafqaz respublikaları arasında Azərbaycana daha az yardım göstərməsinin bir neçə səbəbi var. Səfir söyləyir ki, ABŞ administrasiyası yardımları verərkən ölkələrin iqtisadi durumunu nəzərə alır. Azərbaycanın bu baxımdan inkişaf etdiyini vurğulayan səfir bildirir ki, ölkənin belə yardımlara o qədər də ehtiyacı duyulmur. Hafiz Paşayev hesab edir ki, Azərbaycan daha çox öz daxili resusları hesabına inkişaf etməlidir. O, həmçinin bildirir ki, bu il prezident İlham Əliyevin ABŞ-a səfəri nəzərdə tutulur. Bununla bağlı razılaşma olsa da, cənab Paşayev hələlik konkret tarixi söyləməyib.



Malik Hüseynli «Bakı-Xəbər»dəki «Bakı-Tbilisi-Ceyhanın açılışı ilə Azərbaycanda demokratikləşmə prosesi başlayacaq» sərlövhəli məqaləsində yazır ki, kəmərin işə düşməsindən sonra ABŞ və Qərb ölkələri Azərbaycandakı siyasi mühitin demokratikləşməsi istiqamətində də ciddi addımlar atmalıdırlar. Müəllif yazır ki, artıq bu məsələ beynəlxalq mətbuatın da müzakirə mövzusudur. Kəmərlə bağlı dünya mətbuatında yer alan materiallarda BTC-nin iqtisadi əhəmiyyəti ilə birgə onun gətirəcəyi dəyişikliklər və ümumilikdə regionun siyasi mühitinə göstərə biləcəyi təsirlər də müzakirə olunur.

Günün bütün mövzuları

XS
SM
MD
LG