Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 22:13

Azərbaycan vətəndaşı dövlətdən 1 milyon dollarlıq kompensasiya tələb edir


Səs: Real audio
O, Mahaçqalada keçirilən forumda iştirak edəcək Dəymiş maddi və mənəvi ziyana görə vətəndaşların kompensasiya tələbi ilə yuxarı instansiya məhkəmələrinə etdiyi müraciətlərin bəziləri müsbət sonluqla nəticələnir.



Elə də olur ki, zərərçəkənlərin iddiası bütün instansiyalarda təmin olunsa da, cavabdeh tərəf qərarı yerinə yetirməkdən imtina edir.



İşgəncələrə qarşı Azərbaycan Komitəsinin sədri Elçin Behbudov isə deyir ki, kompensasiya tələbi ilə Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət edənlərin sayı xeyli çoxalıb.



Dəymiş maddı və mənəvi ziyana görə kompensasiya tələbi ilə bu günlərdə Avropa İnsan Hüquqları Məhkəməsinə daha bir müraciəti Azərbaycan vətəndaşı Mahirə Muradova göndərəcək. Onun hüquqlarını müdafiə edən hüquqşünas İsaxan Aşurovun sözlərinə görə, xanım Muradova 2003-cü il oktyabr hadisələri zamanı polis zorakılığı zamanı sağ gözünü itirib. Getdikcə sol gözündə də görmə qabiliyyəti zəifləyir. İndi Mahirə Muradova səhhətinə dəymiş ziyana görə Azərbaycan dövlətindən 1 milyon dollar məbləğində kompensasiya tələb edir.



İsaxan Aşurovun sözlərinə görə, indiyə qədər Avropa İnsan Hüquqları Məhkəməsinə 200-dən artıq Azərbaycan vətəndaşı müraciət edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG