Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 19:52

Qərbin Azərbaycanda neft və demokratiyaya münasibəti dəyişirmi?


Səs: Real audio
O, Mahaçqalada keçirilən forumda iştirak edəcək Yerli ekspertlər hesab edirlər ki, son vaxtlar Qərb ölkələrinin, xüsusilə də Birləşmiş Ştatların bu regionla bağlı mövqeyində demokratik normaların güclənməsi müşahidə edilir. Bakı-Tbilisi-Ceyhanın açılış mərasimində demokratik prinsiplərin önə çəkilməsini də onlar elə bununla izah edirlər.



Xalq Cəbhəsi partiyasının sədri Əli Kərimli deyir ki, əvvəlki illərdə bir sıra amillər istər Birləşmiş Ştatlara, istərsə də Qərbin aparıcı ölkələrinə bu regionda aydın siyasət yürütməyə imkan vermirdi. Əli Kərimlinin sözlərinə görə, bir neçə il əvvəl Birləşmiş Ştatları daha çox Yaxın Şərq regionu maraqlandırırdı və bütün diqqət beynəlxalq terrorizmə qarşı mübarizəyə yönəlmişdi.



Əli Kərimli deyir ki, həm Corc Buşun ikinci dəfə prezident seçildikdən sonra demokratiyaya daha çox önəm verməsi, həm də keçmiş Sovetlər məkanında bir-birinin ardınca baş verən inqilablar bu regiona diqqətin artmasına, daha aydın siyasətin yürüdəlməsinə xidmət edir.



«Turan» informasiya agentliyinin şərhçisi Zəfər Quliyev isə deyir ki, artıq Bakı-Tbilisi-Ceyhan işə düşdüyündən, bu ideyanın dönməz xarakter aldığı heç kimdə şübhə doğurmur. Ona görə də indi demokratiyanın önə çəkilməsi heç də təsadüfü deyil.



Yeni Azərbaycan partiyası icra katibinin müavini Mübariz Qurbanlı isə hesab edir ki, istər Qərb ölkələrinin, istərsə də Birləşmiş Ştatların Xəzəryanı ölkələrlə bağlı siyasətində dəyişiklik etdiyini düşünmək yanlışlıq olardı. Onun sözlərinə görə, Birləşmiş Ştatların Azərbaycanla bağlı mövqeyində əvvəllər də tənqid olub, indi də var və heç vaxt iqtisadi maraqlar demokratik maraqları üstələməyib. İndi də bunun əksini gözləmək düzgün deyil. Əksinə, Birləşmiş Ştatlar siyasətində həmişə tarazlığı qoruyub.



Zəfər Quliyev deyir ki, hakimiyyət dairələrində Qərb barədə yekdil fikir yoxdur. Bəziləri Qərb ölkələrini Azərbaycanın daxili işlərinə qarışmaqda günahlandırır, digərləri isə susmağı üstün tuturlar. Bütün hallarda isə Azərbaycan hakimiyyətində demokratik islahatlarla bağlı tövsiyələrə bir əsəbi münasibət var. Bu isə daha çox demokratik inqilablardan narahatlıq hissindən irəli gəlir.

Günün bütün mövzuları

XS
SM
MD
LG