Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 18:46

Jurnalist Naxçıvandan deportasiya olunub


Səs: Real audio
O, Mahaçqalada keçirilən forumda iştirak edəcək ANS televiziyasının yaydığı məlumata görə, mayın 25-i axşam bu televiziyanın Naxçıvanda işləyən əməkdaşı Aytəkin Alxaslı zorla Muxtar Respublikadan deportasiya edilib. Həmin məlumata görə, o, Naxçıvanda Qarabağ əlilləri haqqında videomaterial hazırlayarkən qarşı tərəfin mövqeyini öyrənmək üçün Naxçıvanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət edib. Cavabında isə həmin Nazirliyin bir neçə əməkdaşı operatorun kamerasını sındırıblar. Bu əhvalat haqqında ANS-də məlumat verdikdən sonra Naxçıvan şəhər Polis İdarəsinin cinayət axtarış şöbəsinin əməkdaşları müxbirin yaşadığı evə gələrək, onu zorla hava limanına gətirib, oradan da təyyarə ilə Bakıya yola salıblar.



Telekanalda bu məlumata şərh vermirlər. Naxçıvanda da müxbirimiz Məlahət Nəsibovaya hadisə barədə məlumat verməkdən imtina ediblər.



Aytəkin Alxaslı ANS-in Qusar bürosunun əməkdaşıdır. Telekanal onu mayın 2-dən Naxçıvana göndərmişdi. Həmin vaxtdan demək olar, hər gün ANS telekanalında müxbirin təzyiqlərə məruz qalması, söyülməsi, çəkilən lentlərin xarab edilməsi barədə məlumat verilirdi.



Həm də Naxçıvanda təzyiqlərə məruz qalan təkcə ANS-in müxbiri deyil. Son bir-iki ildə müstəqil və müxalifət qəzetlərinin orada çalışan əməkdaşlarının döyülməsi, təhqir edilməsi haqqında dəfələrlə məlumatlar verilirdi.



“Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahid deyir ki, bu qəzetin Naxçıvandakı müxbiri Məhəmməd Rzayevi bir yox, bir neçə dəfə döyüblər. İndi qəzet günahkarların cəzalandırılması üçün bir ildən çoxdur məhkəmələrə şikayət verir.



“Azadlıq” radiosunun müxbiri Məlahət Nəsibovanın da vəziyyəti narahatlıq üçün kifayət qədər əsaslar verir. Bu gün o, xəbər verdi ki, evində və ofisində telefonları, İnternetə çıxışı kəsilib.



“Sərhədsiz Reportyorlar” təşkilatı öz hesabatlarında xüsusən “Azadlıq” qəzetinin əməkdaşının döyülməsindən narahatlığını ifadə edib, günahkarların cəzalandırılmasını tələb edib.



Azərbaycan Jurnalistləri Konfederasiyasının rəhbəri Azər Həsrət bildirir ki, Naxçıvanda jurnalistləri təzyiqlərdən nə məhkəmələr, nə də vətəndaş cəmiyyəti institutları qoruya bilmir.
XS
SM
MD
LG