Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 18:20
Rubrikalar

Qazaxıstan BTC ilə 30 milyon ton neft ötürəcək


Səs: Real audio
36 nominasiya üzrə 2004-cü ilin ən yaxşı yazarları, nəşriyyatları və kitabları mükafatlandırıldı - Qazaxıstan BTC kəməri ilə 30 milyon ton neft ötürməyi planlaşdırır. “Kazakhstan Today” agentliyinin məlumatına görə, ölkənin baş naziri Danial Əhmədov belə bir bəyanat verib. Baş nazirin sözlərinə görə, Qazaxıstan Xəzərdəki infrastrukturunun inkişafı üçün də konkret addımlar atacaq.



- Azərbaycan telesəhiyyə sisteminə qoşulmağı planlaşdırır. Telesəhiyyə dedikdə süni peyklər və televiziya əlaqəsi vasitəsilə xəstənin müayinə və müalicə olunmasında dünyanın müxtəlif ölkələrindən həkimlərin iştirakı nəzərdə tutulur. MDB ölkələrinin rabitə sahəsində regional birliyinin (RSS) Quba şəhərində keçirilən 33-cü görüşündə bu cür sistemin yaradılması razılaşdırılıb. Bu məqsədlə Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ayrıca bir televiziya dalğasının ayrılmasını planlaşdırır. Rusiyanın “Komnews” agentliyinin məlumatına görə, nazirlik informasiya texnologiyaları üçün xüsusi biznes məkan – “biznes inkubator” da yaradacaq. Burada kompüter və rabitə sistemində işləyəcək kiçik müəssisələr üçün güzəştlər olacaq.



- Mayın 26-da Milli Bankdan aldığımız məlumata görə, 1 dollar 4765, 1 rubl 169, avro isə 6001 manatdır. Avronun belə məzənnəsi sonuncu dəfə 2 il yarım əvvəl – 2003-cü ilin dekabrında olub.
XS
SM
MD
LG