Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 02:47

Bakıda kitab sərgisi keçirildi


Səs: Real audio
36 nominasiya üzrə 2004-cü ilin ən yaxşı yazarları, nəşriyyatları və kitabları mükafatlandırıldı 2002-ci ildən bu günə kimi Azərbaycanda nəşr edilən 3 minə yaxın kitab mayın 26-da oxuculara təqdim edildi. Mirzə Fətəli Axundov adına kitabxanada «Yeni yazarlar və sənətçilər» qurumu 5-ci dəfə müstəqillik gününə həsr edilən kitab bayramı və sərgi keçirdi. Kitab bayramında Azərbaycanda fəaliyyət göstərən nəşriyyatlar və müəlliflər özləri kitablarını təqdim etdi.



Tədbirin keçirilməsində təşkilatçılara Mədəniyət və Gənclər, İdman və Turizm nazirlikləri də kömək göstərib. Sərginin əlaqələndiricisi Aydınxan Əbilovun sözlərinə görə, onların məqsədi oxucularla müəlliflər, müəlliflərlə nəşriyyatlar arasında ünsiyyəti asanlaşdırmaqdır.



Kitab bayramına qatılan gənc yazarlar oxucularını tanımaq baxımından mərasimin əhəmiyyətli olduğunu deyirlər. Oxucular isə müəlliflərlə yox, yeni nəşrlərlə tanış olmaq üçün sərgiyə gəldiklərini bildirirlər.



Kitab bayramında 36 nominasiya üzrə 2004-cü ilin ən yaxşı yazarları, nəşriyyatları və kitabları mükafatlandırıldı. Azərbaycanı beynəlxalq kitab sərgilərində təmsil etmək üçün mükafatçıların siyahısı Mədəniyyət Nazirliyinə göndərildi.

Günün bütün mövzuları

XS
SM
MD
LG