Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 22:00

Bölgə müxbirləri zorakılığa etiraz edirlər


Səs: Real audio
«Freedom House» diktatura rejimlərinin süquta uğradığı 67 ölkədə apardığı araşdırmaya əsasən bu nəticəyə gəlib Gəncədə çalışan bir qrup media mənsubu Gəncə Müstəqil Jurnalistika Mərkəzinin əməkdaşı Xalidə Babayeva və ATV televiziyasının bölgə müxbiri Mədinə Niç-Nəcat və operator Vaqif İbrahimxəlilin Xanlar rayonunun Hacıməlik qəsəbəsinin icra nümayəndəsi Nizami Cəfərov tərəfindən zorakılığa məruz qaldığını iddia edərək, buna etirazlarını bildirirlər.



Həmkarları ilə həmrəylik nümayiş etdirən bölgə müxbirləri mayın 26-da Xanlar rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyevlə görüşərək, insidenti müzakirə etmək istyiblər.



Jurnalistləri qəbul edən rayon İH-nin ərazi idarəetmə şöbəsinin müdiri Qənifə Kazımova hadisəni araşdıracaqlarını bildirib.



Jurnalistlərin icra başçısı Vilyam Hacıyevlə görüşəcəyi də gözlənilir.



Mayın 24-də Hacıməlik qəsəbəsindən daxil olmuş şiykayəti araşdırmaq istəyən jurnalistlərin zoraklığa məruz qalması Xanlarda birinci hal deyil. 2004-cü ilin dekabrında Gəncə Müstəqil Jurnalistika Mərkəzinin əməkdaşları zorla rayon Polis İdarəsinə aparılmışdılar.

Günün bütün mövzuları

XS
SM
MD
LG