Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 08:28

Tələbələrin imtahan zarafatları


Səs: Real audio
«Freedom House» diktatura rejimlərinin süquta uğradığı 67 ölkədə apardığı araşdırmaya əsasən bu nəticəyə gəlib İndi tələbələrin başı imtahana qarışıb. Bakı Dövlət Universitetinin UŞU-şən uşaqları klubunun üzvləri Orxan, İslam, Nofəl də imtahan verir. Amma universitetdə yox, bizim studiyada. Gəlin, onların imtahan zarafatlarını dinləyək.



Orxan (müəllim): Təsəvvür et ki, yolla gedirsən və qarşına 2 kisə çıxır, birinin içi ağılla doludur, o birininki qızılla. De görüm, sən hansını götürərdin?



İslam (tələbə): Qızıl kisəsini.



Müəllim: Amma mən ağılı seçərdim, a bala.



Tələbə: Hə də müəllim, kimdə nə yoxdur onu da seçir də.



Müəllim: Ver bura zaçotnikivi.



Tələbə: Nə?! Uzunqulaq. Müəllim imzanız lazım deyil, qiymət qoyun.



Nofəl (müəllim): Hə, Məmməd, çox zəif cavab verirsən. Mühazirələrimə gəlmisən?



İslam (tələbə): Əlbəttə, gəlmişəm.



Müəllim: Nəisə, heç yadıma gəlmir. Harada otururdun?



Tələbə: Arxa cərgədə, sütunun arxasında.



Müəllim: Orada yer deyəsən yaman genişdir. Sən artıq 9-cu tələbəsən ki, ora yerləşirsən.



Nofəl (müəllim): Nə sual düşüb sənə?



İslam (tələbə): İtlər.



Müəllim: Danış.



Tələbə: İtlər ev heyvanıdır. Onların üstündə tüklər olur. Tüklərin içində bitlər olur. Bitlər parazitdirlər. İki ayaqları olur, üçündən istifadə edirlər. Heyvanların qanını içib, onları məhv edirlər.



Müəllim: A bala, bitlərdən yox, itlərdən danış. Bilmirsənsə başqa bilet çək.



Tələbə: Pişiklər.



Müəllim: Danış görüm.



Tələbə: Pişiklər ev heyvanıdır. Onların üstündə tüklər olur. Tüklərin içində bitlər olur. Bitlər parazitdirlər. İki ayaqları olur, üçündən istifadə edirlər. Heyvanların qanını içib, onları məhv edirlər.



Müəllim: A bala, bitlərdən danışma. 3-cü bileti çək.



Tələbə: Balıqlar.



Müəllim: Hə, balıqlar. İndi danış görüm nə danışacaqsan.



Tələbə: Balıqlar suda yaşayırlar. Onların üstündə pulcuqlar olur. Əgər pulcuqları tüklər əvəz etsə idi, onda tüklərin içində bitlər olacaq idi. Bitlər parazitdirlər. İki ayaqları olur, üçündən istifadə edirlər. Heyvanların qanını içib, onları məhv edirlər.
XS
SM
MD
LG