Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 17:35

İran parlamentinə seçkilər ərəfəsində İran azərbaycanlıları məktəblərdə ana dilində təhsil tələb edirlər


Səs: Real audio
«Freedom House» diktatura rejimlərinin süquta uğradığı 67 ölkədə apardığı araşdırmaya əsasən bu nəticəyə gəlib Ekspertlər hesab edirlər ki, Bakı-Tbilisi-Ceyhan əsas ixrac kəməri Azərbaycanı enerji ixrac edən əsas ölkələrdən birinə çevirəcək. «Turan» enerji bülleteninin redaktoru İlham Şaban hesab edir ki, Bakının dünyanın enerji ilə təminatına verəcəyi töhfə gözlənildiyindən az olsa da (cəmi 1 faiz), ABŞ Azərbaycanı Yaxın Şərq ölkələrinə alternativ enerji təminatçısı kimi görür.



Gürcüstan Təbii Elmlər Akademiyasının əməkdaşı, iqtisadçı Sandro Tvarçeleridze isə inanır ki, kəmər Qafqaz regionunu daha təhlükəsiz edəcək.



Rusiyanın kəmərə münasibətində əvvəlki illərdən fərqli olaraq dəyişiklik hiss olunmaqdadır. Bakı-Tbilisi-Ərzurum qaz kəmərində 10 faiz payı olan rəsmi Moskva deyir ki, BTC iqtisadi baxımdan yaşamağa qabildir. Keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov istisna etmir ki, nə vaxtsa rəsmi Moskva Xəzərin özünə aid hissəsinə xarici və daxili investisiyalar cəlb edəcək. Belə olan halda BTC Rusiya nefti üçün də tranzit marşrut ola bilər.



Bununla belə bu günkü rəsmi tədbirdə Rusiya təmsil olunmamışdı. Kremldən «Frans-press» agentliyinə bildirilib ki, Rusiya prezidenti Vladimir Putinin xüsüsi nümayəndəsi İqor Yusufov xəstələndiyinə görə mərasimə qatılmayıb. İ.Şaban Moskvanın bu mövqeyinin ən azı təəccüb doğurduğunu deyir.



Ekspertlər inanırlar ki, BTC Orta Asiyadakı digər neft istehsal edən ölkələr üçün də cəlbedici ola bilər.



BTC Bakını Tbilisidən keçməklə Aralıq dənizindəki Ceyhan limanı ilə birləşdirəcək. 3.6 milyard dollar qiyməti olan kəmərin tikintisini bp-nin başçılığı ilə beynəlxalq konsorsiuma daxil olan 11 şirkət həyata keçirib.



BTC ilə yanaşı salınan Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin tikintisi 2006-cı ildə başa çatacaq. Hər iki layihənin Cənubi Qafqaz regionuna əhəmiyyətli iqtisadi mənfəət gətirəcəyi gözlənilir.
XS
SM
MD
LG