Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 15:12

Üç prezidentin bir kəməri...


Səs: Real audio
«Freedom House» diktatura rejimlərinin süquta uğradığı 67 ölkədə apardığı araşdırmaya əsasən bu nəticəyə gəlib İlk dəfə Azərbaycan neftini dünya bazarlarına birbaşa çıxarmaq ideyası 1990-cı ildə ortaya atılıb. Azərbaycanın ilk prezidenti Ayaz Mütəllibov Xəzərdəki neft yataqlarını xarici kapitalla işlətmək üçün tender elan edib. İlk tenderin qalibi “Amoco-Eurasia” olsa da, Azərbaycan tərəfinin şərtləri qəbul edilməyib. Davam edən danışıqlar 1992-ci ildə Mütəllibovun devrilməsi ilə dayandırılıb.



1992-ci ildə hakimiyyətə gələn prezident Əbülfəz Elçibəy danışıqları bərpa edib. İlk dəfə olaraq Azərbaycan neftini dünya bazarlarına çıxarmaq üçün Rusiyadan yan keçən, alternativ marşrut – Bakı-Tbilisi-Ceyhanı təklif edib. Bir il sürən danışıqlar nəticə verib. Beynəlxalq Konsorsiumla müqavilənin imzalanacağı tarix və yer də təyin edilib: 1993-cü il iyunun 30-u, Londonda.



Amma sonradan polkovnik Surət Hüseynov müqavilənin imzalanmasına 27 gün qalmış Gəncə qiyamını qaldırıb. Elçibəyin devrilməsi ilə danışıqlar da kəsilib.



Gəncə qiyamı sonrası hakimiyyətə gələn Heydər Əliyev bir müddət sonra danışıqları bərpa edib. 1994 cü il sentyabrın 20-də “Əsrin müqaviləsi” və Bakı-Tbilisi-Ceyhan kəməri haqda niyyət protokolu imzalanıb. Kəmərin inşasına isə 2002-ci il sentyabrın 18-də başlanıb.



Bakı-Tbilisi-Ceyhan dünyanın ən uzun neft kəmərlərindən biridir. Ümumi uzunluğu 1760 km-dir. Kəmərin 443 km-i Azərbaycandan, 248 km-i Gürcüstandan, 1076 km-i isə Türkiyədən keçir. Səhmdarlarına 3.6 milyard dollara başa gəlib.



Kəməri tikmək üçün yaradılan BTC.co –nun səhmlərinin 30%-dən bir az çoxu Britaniyanın BP şirkətinə, 25%-i isə Azərbaycan tərəfinə məxsusdur. Bakı-Tbilisi-Ceyhanın qalan səhmdarları Amerika, Norveç, İtaliya, Türkiyə və Yaponiya şirkətləridir. Kəmərin illik ötürmə qabiliyyəti 50 milyon tondur. Ehtiyac olarsa 20% artırıla bilər. Səhmdarlar üçün bir ton neftin daşınma xərci 24 dollardır.
XS
SM
MD
LG