Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 22:39

BTC-yə ilk neft vuruldu


Səs: Real audio
«Freedom House» diktatura rejimlərinin süquta uğradığı 67 ölkədə apardığı araşdırmaya əsasən bu nəticəyə gəlib Mayın 25-də Səngəçal terminalında Bakı-Tbilisi-Ceyhan əsas ixrac kəmərinə ilk neft vuruldu. Kəmərin rəsmi açılışında Azərbaycan, Gürcüstan, Türkiyə və Qazaxıstan prezidentləri, ABŞ, Böyük Britaniya, İtaliya, Yaponiya, Norveç və bir sıra ölkələrin dövlət rəsmiləri, Avropa Birliyi və digər beynəlxalq qurumların nümayəndələri iştirak edirdilər.



Prezident İlham Əliyev BTC-nin təkcə Azərbaycan xalqına yox, həmçinin region ölkələrinə də çox böyük xeyir verəcəyini bildirdi. O, kəmərin Azərbaycanın bir çox problemlərinin həllini sürətləndirəcəyini də dedi. Cənab Əliyevin fikrincə, BTC bölgədə sülhün, əməkdaşlığın təmin olunmasında mühüm rol oynayacaq.



ABŞ prezidenti Corc Buş isə göndərdiyi təbrik məktubunda BTC-nin qlobal enerji təhlükəsizliyini həll edəcəyini bildirir. Birləşmiş Ştatların energetika naziri Samuel Bodmanın tədbir iştirakçılarının diqqətinə çatdırdığı bu məktubda daha sonra BTC – nin dünya iqtisadiyyatında böyük rol oynayacağı vurğulanır.



Türkiyə prezidenti Əhməd Necdət Sezər isə dedi ki, kəmər onun ölkəsinin enerji siyasətini genişləndirəcək.

bp-nin prezidenti lord Con Braun isə BTC-nin açılışını «yeni tarixin yaradılması anı» adlandırdı. Onun sözlərinə görə, 2005-ci ildə Azərbaycan dünyanın neft sənayesində öz mühüm yerini yenidən bərpa edir.



Tədbirdə Gürcüstan və Qazaxıstanın prezidentləri də çıxış etdi. Fransa və Ukrayna prezidentlərinin, Böyük Britaniyanın, İtaliyanın baş nazirlərinin və bir çox başqa ölkələrin rəhbərlərinin təbrik məktubları oxundu.



2002-ci il sentyabrın 18-də BTC-nin tikintisinə başlanıb. Kəmərin səhmdarları ARDNŞ-lə yanaşı, BP, STATOİL, İTOÇU və dünyanın daha 8 iri neft şirkətidir.

Günün bütün mövzuları

XS
SM
MD
LG