Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 13:57
Rubrikalar

Dünya Bankı poçt sisteminə 12 milyon dollar ayırıb


Səs: Real audio
Kommunikasiyaların bərpası danışıqların mövzusudu Dünya Bankı poçt sisteminin inkişafı üçün 12 milyon 300 min dollar ayırıb. “İnterfax” agentliyinin məlumatına görə, vəsait 2005-2008-ci illər ərzində rabitə və telekommunikasiya proqramının icrasına sərf olunacaq. Hökumətin təsdiqlədiyi bu proqrama əsasən, 2009-cu ilə kimi poçt xidməti sahəsində yeni 1000 iş yerinin yaradılması nəzərdə tutulub. Bundan əlavə, 2600 poçt şöbəsi bəzi bank xidmətləri göstərmək üçün kompüter şəbəkəsində birləşdiriləcək. Şəbəkə üçün Dünya Bankının kreditindən əlavə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi 5 milyon, Milli Bank isə 1 milyon dollar vəsait ayıracaq.



“Mərkəzi Azəri” neft yatağından çıxan səmt qazı “Azəriqaz” səhmdar cəmiyyətinə verilməyə başlayıb. “Azərtac” agentliyinin məlumatına görə, indi yataqdan Səngəçal terminalına sualtı kəmər vasitəsilə gündə təxminən 20 milyon kubmetr mavi yanacaq ötürülür. Bu ilin sonunadək isə “Mərkəzi Azəri” yatağından 300 milyon kubmetrdən artıq qaz hasil olunacaq. Dənizdəki yataqlar üzrə bağlanan müqavilələrə əsasən, neft yataqlarından çıxan səmt qazı Azərbaycana pulsuz təhvil verilməlidir.



Mayın 25-də Milli Bankdan aldığımız məlumata görə, bütün valyutaların məzənnələrində cüzi artım baş verib. İndi 1 dollar 4770, avro 6006, rubl isə 170 manatdır.
XS
SM
MD
LG