Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 11:30

BTC, Qarabağ, "böyük oyun"


Səs: Real audio
Nursultan Nazarbayev BTC-nin tezliklə Aktau-BTC olacağını deyir BTC əsas ixrac boru kəməri ideyası ortaya çıxandan onun regionda geosiyasi vəziyyəti dəyişdiyi bildirilir. Ona “Əsrin layihəsi” adının verilməsi də təsadüfi deyil. Hətta kəmərin əleyhdarlarından olan Rusiyada onun daha çox siyasi layihə olduğu söylənirdi. BTC-nin tikintisi başlanan vaxt Rusiyanın o vaxtkı xarici işlər naziri İqor İvanov demişdi ki, bu layihənin əsas məqsədi Rusiyanı qanuni, tarixi maraqları olan ərazilərdən çıxarmaqdır.



Harvard Universitetinin Xəzər araşdırmalar proqramının direktoru Brenda Şaffer bu kəmərin təkcə neft və qazla bağlı olmadığını deyir. Hələ kəmərin ideyası yarananda o, regionda geosiyasi vəziyyəti Qərbə doğru dəyişib.



“Bu kəmərin əhəmiyyəti ondadır ki, o, digər sahələrdə əməkdaşlıq perspektivləri açır. BTC Azərbaycan iqtisadiyyatını müstəqil edəcək. Bundan başqa, bu ölkənin regiondakı digər dövlətlərlə – Rusiya və İranla münasibətlərində dəyişiklik etmək imkanı verəcək”.



Dövlət Neft Şirkətinin keçmiş rəhbəri Sənan Əlizadənin fikrincə, BTC Azərbaycan iqtisadiyyatını gücləndirəcək və müvafiq olaraq bu ölkənin siyasəti daha kəsərli olacaq.



Müstəqil politoloq Zərdüşt Əlizadə də BTC-nin regionda geosiyasi vəziyyəti köklü dəyişdiyini, Rusiyanı oyundan uzaqlaşdıraraq regionu Qərbin nəzarətinə verdiyini deyir.



Zərdüşt Əlizadə BTC-nin Azərbaycanın iqtisadi qüdrətini artıracağını istisna edir, çünki, onun fikrincə, hakimiyyət bunda maraqlı deyil.



BTC-nin Dağlıq Qarabağ münaqişəsinin həllinə nə kimi təsir göstərəcəyindən danışarkən Brenda Şaffer regionda Birləşmiş Ştatlarla bağlı belə bir problemi qeyd edir ki, bu ölkə müxtəlif sahələrdə əməkdaşlıq edir, infrastruktur qurur, ancaq Dağlıq Qarabağ münaqişəsinin həlli üçün eyni səviyyəli cəhdlər göstərmir, sanki, bu problem ortada qalıb. Brenda Şafferin fikrincə, BTC-nin Dağlıq Qarabağ münaqişəsinin həllində köməyi o ola bilər ki, Azərbaycan iqtisadi cəhətdən qüvvətlənsin və bu da öz növbəsində Bakının siyasi çəkisini artırsın.



“Ancaq Azərbaycan illüziyalarla yaşamamalı və yaddan çıxarmamalıdır ki, Dağlıq Qarabağ münaqişəsinin həlli Rusiyanın əlindədir. Ən çox bu ölkənin Ermənistanla münasibətlərinə görə. Eyni zamanda Rusiyanın əlində gələcəkdə Ermənistana təsir üçün rıçaqlar var”.



Brenda Şaffer vurğulayır ki, uzaq perspektivdə BTC Azərbaycanın iqtisadi qüdrətini artıracaq, yaxın perspektivdə isə Rusiya bu münaqişənin həllində əsas elementlərdəndir”.



BTC-nin Azərbaycanın Rusiyayla münasibətlərinə nə kimi təsir göstərməsi barədə Brenda Şaffer deyir ki, Azərbaycanın Qərbə doğru inteqrasiyasını, Rusiyanın buna mane olmasını nəzərə alsaq, ilk vaxtlar bu münasibətlər nisbətən korlana bilər. Ancaq xanım Şaffer Rusiyayla Amerikanın regiondakı münasibətlərinin hazırkı vəziyyətinə diqqət çəkir. Yəni, indi bu münasibətlər barədə demək olmaz ki, Rusiya üçün pis olan Amerika üçün yaxşıdır, yaxud əksinə. Hər iki ölkənin Gürcüstanda hərbi maraqları var, onlar regionda terrorizmlə, insan qaçaqçılığı ilə mübarizə aparır.



“Məncə uzaq perspektivdə BTC Rusiyanın da xeyrinədir. Nə vaxtsa “Transneft” bütün Rusiya neftini daşımaq iqtidarında olmaya bilər. O ki, qala Azərbaycan, yaxud Qazaxıstan neftini nəql etsin”.



Xanım Şaffer BTC-nin hazırkı məqamda Azərbaycanın İranla münasibətlərinə mənfi təsir göstərməyəcəyini deyir. Onun fikrincə, Bakıda əsas ixrac kəmərinin İrandan keçməsinə heç vaxt ciddi baxmayıblar.



“Məncə, BTC-nin İrandan keçməməsi ilə Azərbaycan bir məsələdə qazandı. OPEK-in

Günün bütün mövzuları

XS
SM
MD
LG