Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 08:31

«Azərbaycanda hakimiyyətin devrilməsi planı hazırlanır»


Səs: Real audio
Nursultan Nazarbayev BTC-nin tezliklə Aktau-BTC olacağını deyir «Xalq Cəbhəsi» qəzetindəki «Deputatlar yumruq davasına çıxdılar» başlıqlı məqalədə Ələsgər Vəliyev yazır ki, Əhəd Abıyevlə Ağabəy Əsgərovun parlament foyesində əlbəyaxa olması MM-in indiki tərkibi haqqında müəyyən fikir söyləmək üçün əsas verir. Müəllif yazır ki, fəaliyyətini başa vurmaqda olan parlamentarilər arasında bu illər ərzində belə qalmaqallar çox baş verib. Hətta onların sayı parlamentin qəbul etdiyi səviyyəli qanunlardan daha çoxdur. Məqalədə həmçinin bildirilir ki, bu illər ərzində parlamentin intizam komissiyası da bu kimi hallarla bağlı konkret tədbirlər görməyib. Növbəti seçkilərdə də hazırkı deputatların yenidən seçilmək arzusunda olduğunu vurğulayan müəllif yazır ki, buna yol verilməməsinə təkcə vətəndaşlar və müxalifətdə olan siyasətçilər deyil, ölkə rəsmiləri də çalışmalıdırlar.



Malik Hüseynli «Bakı-Xəbər»dəki «ABŞ hakimiyyətin mitinq qadağasını sərt tənqid etdi» məqaləsində yazır ki, Dövlət Departamentinin sözçüsü «biz Azərbaycan hökumətini insanların sərbəst toplaşmaq hüququna hörmətlə yanaşmağa çağırırıq» deyib. Müəllif yazır ki, bundan belə bir qənaətə gəlmək olar ki, ABŞ qəti şəkildə Azərbaycan hakimiyyətini müxalifət nümayəndələrinin sərbəst toplaşmaq azadlığını pozması və repressiyalar həyata keçirməsini pisləyir. Lakin «görəsən, Azərbaycan hakimiyyəti rəsmi Vaşinqtonun tələbləri qarşısında hansısa tədbirlər həyata keçirəcəkmi» sualının hələlik açıq qaldığını vurğulayan müəllif öz versiyasını da irəli sürür. Yazır ki,

hakimiyyətin demokratik normalara əməl edib, xalqın sərbəst toplaşmaq azadlığını bərpa edəcəyini heç kim gözləmir.



«Ayna» qəzetindəki «Azərbaycan hakimiyyətinin devrilməsi planı hazırlanır» məqaləsində Cəsur Məmmədov yazır ki, qarşıdakı parlament seçkiləri prezident İlham Əliyev üçün son şanslardan biri sayılır. Müəllif Qərb və Rusiya mətbuatına istinadən yazır ki, bu yaxınlarda cənab Əliyev rəsmi Vaşinqtondan hakimiyyətdə qalmaq üçün bəzi göstərişlər də alıb. Məqalədə bildirilir ki, İ.Əliyev ABŞ-ın təqdir etmədiyi İran və Rusiya ilə münasibətlərə birdəfəlik son qoymaq niyyətində olmadığını aşkar bildirir ki, bu da ona qarşı proseslərin sürətlənməsinə gətirib çıxara bilər. Məqalədə qeyd olunur ki, indi Azərbaycandakı vəziyyət Qırğızıstan prezidenti Əsgər Akayevin devrilməsinə səbəb olmuş proseslərə çox oxşayır.
XS
SM
MD
LG