Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 22:55
Rubrikalar

Qars-Tbilisi-Bakı dəmiryolunun inşasına dair müqavilə imzalanacaq


Səs: Real audio
Nursultan Nazarbayev BTC-nin tezliklə Aktau-BTC olacağını deyir Mayın 25-də Bakıda Qars-Tbilisi-Bakı dəmiryolunun inşasına dair üçtərəfli müqavilənin imzalanması gözlənilir. “Azəripres” agentliyinin Türkiyənin Azərbaycandakı səfirliyinə istinadən yaydığı xəbərə görə, müqaviləni prezident İlham Əliyev və Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin Azərbaycan hissəsinin açılışında iştirak etmək üçün Bakıda işgüzar səfərdə olan Türkiyə və Gürcüstanın dövlət başçıları imzalayacaqlar.



Bakıda qida sənayesində işləyən şirkətlərin beynəlxalq sərgisi işə başlayır. Mayın 25-dən 27-dək Heydər Əliyev adına İdman-Konsert Kompleksində keçiriləcək həmin sərgidə 14 ölkədən 50 şirkətin iştirakı nəzərdə tutulur. Rusiya, Qazaxıstan, Ukrayna, Almaniya, İtaliya, Türkiyə, İran, Hollandiya və digər ölkələrin şirkətləri sərgi iştirakçıları sırasındadır. Sərgidə emal avadanlığı, qida sənayesi üçün avadanlıq, restoran və bar avadanlıqları, kənd təsərrüfatı texnikası və ehtiyat hissələri, kənd təsərrüfatı və bağ inventarları, yem və yem əlavələri, bitkiləri mühafizə vasitələri, qida məhsulları, qablar və qablaşdırma avadanlıqları nümayiş olunacaq.



İndi də qısaca valyuta məzənnələri haqqında. Milli Bankın mayın 24-ə olan kurslarına görə, bir ABŞ dolları 4768 manat, bir Avro 5991 manat, bir rubl isə 170 manatdır.
XS
SM
MD
LG