Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 11:35

Stiven Mənn Rusiya neftinin BTC ilə nəqli ideyasını dəstəkləyir


Səs: Real audio
Nursultan Nazarbayev BTC-nin tezliklə Aktau-BTC olacağını deyir ABŞ Dövlət Departamentinin Avrasiya məsələləri üzrə müşaviri Stiven Mənin sözlərinə görə, ölkəsi Rusiya neftinin Bakı-Tbilisi-Ceyhan neft kəməri ilə nəqli ideyasını həmişə dəstəkləyib. O, bu fikri mayın 24-də keçirdiyi mətbuat konrfansında bildirdi. Cənab Mənn onu da əlavə etdi ki, bu məsələ kommersiya xarakteri daşıyır və layihənin operatoru tərəfindən həll edilir: «Hökumətlər tərəfindən yox».



Stiven Mənn Dağlıq Qarabağ münaqişəsinin BTC-yə təsir edib-etməyəcəyi haqqında isə bunları dedi: «BTC-nin həyata keçirilməsi münaqişə ilə bağlı danışıqların davam etməsi halında da mümkündür. 11 ildir atəşkəsdir və bundan sonra da belə olması vacibdir».



Layihənin təhlükəsizliyi məsələsinə gəldikdə isə, cənab Mənn dedi ki, bu işə görə məsuliyyət kəmərin keçdiyi Azərbaycan, Gürcüstan və Türkiyə hökumətlərinin üzərinə düşür.
XS
SM
MD
LG