Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 13:50

Azərbaycanla Qazaxıstan arasında 6 müqavilə imzalandı


Səs: Real audio
Nursultan Nazarbayev BTC-nin tezliklə Aktau-BTC olacağını deyir Mayın 24-də Prezident Aparatında Azərbaycan prezidenti İlham Əliyevlə Qazaxıstan prezidenti Nursultan Nazarbayev arasında azad ticarət, turizm, neft maşınqayırması, strateji tərəfdaşlıq və sair məsələləri əhatə edən 6 müqavilə və saziş imzalandı. Ancaq gözlənilənlərin əksinə olaraq əsas sənəd-Qazaxıstan neftinin Xəzər dənizi və Azərbaycan ərazisindən nəqlinə yardım və dəstək haqqında müqavilə rəsmiləşdirilmədi. Prezidentin İcra Aparatının rəhbəri Ramiz Mehdiyevin sözlərinə görə, hazırda bu sənəd üzərində iş gedir.



Bakı-Tbilisi-Ceyhan boru kəmərinin əhəmiyyətindən danışan N.Nazarbayev, tezliklə bu kəmərin Aktau-BTC olacağını deyir: «Hər iki dövlət dünya bazarı üçün neft istehsal edən əsas ölkələrdi. İndi BTC-ni Aktao–BTC adlandırmaq lazımdır. Bu daha ədalətli olardı. Bu dəhliz bizimçün Qazaxıstan neftinin dünya bazarına çıxarılması işində ən vacib məntəqələrdən biridir».



Prezident İlham Əliyev isə dedi ki, regionda gedən proseslər daha çox bu iki ölkənin qarşılıqlı əlaqələrindən və əməkdaşlığından asılı olacaq: «Azərbaycanla Qazaxıstan siyasi əməkdaşlığın ən yüksək səviyyəsinə nail olub. İndi isə iqtisadi əlaqələri genişləndirmək istəyirik».



Qazaxıstan prezidenti mayın 25-də BTC-nin açılış mərasimində də iştirak edəcək. Həmin tədbirdə iştirakı nəzərdə tutulan Gürcüstan prezidenti Mixail Saakaşvili və Turkiyə prezidenti Əhməd Necdət Sezər də artıq Bakıdadılar. ABŞ-ın energetika naziri, bp-nin prezidenti və digər qonaqların da tədbirə qatılmaq üçün Bakıya gələcəkləri gözlənilir.
XS
SM
MD
LG