Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 16:46

Qazaxıstan Azərbaycana nə qədər neft verəcək?


Səs: Real audio
BŞPİ-nin rəis müavini Yaşar Əliyev 2 nəfər polisin xəsarət aldığını deyir “Bakı-Tbilisi-Ceyhan ixrac kəməri Qazaxıstan nefti olmadan keçinə bilərmi” sualına birmənalı cavab vermək bir az çətindir.



Bu mövzuyla bağlı danışdığımız Azərbaycan ekspertlərinin fikrincə, Qazaxıstan nefti olmasa da, əsas ixrac boru kəməri işləyəcək. Hər halda, həmin ekspertlərin hesablamalarına görə, 2012-ci ilə qədər bu boru kəməri xərcini ödəyəcək və gəlir də gətirəcək.



Azərbaycan Dövlət Neft Şirkətinin keçmiş prezidenti Sabit Bağırovun fikrincə, istisnasız olaraq demək olar ki, “Azəri-Çıraq-Günəşli” yataqlarındakı neftin həcmi Bakı-Tbilisi-Ceyhanın minimal gəlirlə işləməsinə imkan verir.



BTC kəmərinin illik ötürmə gücü 50 milyon tondur. “Azəri-Çıraq-Günəşli” yataqlarında hasilat bu həcmə 2008-ci ilin sonlarında çatacaq.



Beynəlxalq Əməliyyat Şirkətinin proqnozlarına görə, 2013-cü ilə kimi bu tempi saxlamaq mümkün olacaq. 2014-2018-ci illərdə isə illik hasilat 35-40 milyon ton olacaq ki, bu da Bakı-Ceyhan borusunu 80%-ə qədər doldurmağa imkan verəcək.



Rusiyalı ekspertlər və şərhçilər Bakı-Tbilisi-Ceyhan əsas ixrac kəmərinin Qazaxıstan nefti olmadan keçinə bilməyəcəyini deyirlər. Onların hesablamalarına görə, 2008-2013-cü illərdə “Azəri-Çıraq-Günəşli” yataqlarından ən yaxşı halda ildə 30-38 milyon ton neft çıxarılacaq. Yəni, hətta “Əsrin müqaviləsi” üzrə neft hasilatının pik dövründə belə bu boru tam dolmayacaq. Bu üzdən BTC-nin səhmdarları Qazaxıstan neftini nə yolla olur-olsun bu boruya vurmalıdırlar.



O ki qaldı Qazaxıstan neftinin Bakı-Ceyhan neft kəmərinə necə çatdırılmasına, burada da dəqiq ehtimallar səsləndirmək çətindir. Çünki, bu boruyla nə qədər Qazaxıstan neftinin nəql ediləcəyi hələlik dəqiqləşməyib. BTC-nin illik tutumu 50 milyon tondur və səhmdarların sözlərinə görə, bu rəqəm daha 20%, 60 milyon tona qaldırıla bilər.



Qazaxıstan rəsmiləri isə 2012-ci ildə “Tengiz” və “Kaşağan” yataqlarının tam istifadəyə verilməsindən sonra neft hasilatını 130 milyon tona qaldıracaqlarını bildirirlər. Qazaxıstan neftini ixrac etmək üçün Rusiyanın da iştirakıyla tikilən Tengiz-Novorossiysk kəmərinin illik ötürmə gücü isə indi heç 30 milyon tona çatmır. Amma bu ilin ortalarından artıq “Tengiz” yatağında hasilat artacaq və Qazaxıstan təxminən 20 milyon ton neftini Avropaya çıxarmaq üçün marşrut axtarmağa məcburdur. Məsələ burasındadır ki, Tengiz-Novorossiysk kəmərində bir ton neftin xərci təxminən 29.5 dollardır. Və bu kəməri tikən konsorsium xərcini çıxarmaq üçün bu qiyməti Rusiyanın israrı ilə 38 dollara qaldırmaq istəyir.



Bakı-Ceyhanla isə bir ton nefti 24 dollara nəql etmək mümkündür. Hər halda, BTC-nin səhmdarları dəfələrlə Qazaxıstan hökumətinə bildiriblər ki, qazax neftini üçün xərclər 24 dollardan çox olmayacaq. Yəni, Qazaxıstan tərəfinə bugünkü şərtlərlə də öz neftini Bakı-Ceyhanla daşımaq sərf edir. Yetər ki, Bakıya nefti ucuz qiymətə çatdırmaq mümkün olsun.



“Turan Energy” məcmusunun redaktoru İlham Şabanın sözlərinə görə, 20 milyon ton nefti Bakıya çatdırmaq üçün Qazaxıstan və Azərbaycanın iri tankerləri var.



Qazaxıstan prezidenti Nursultan Nazarbayev Xəzərdə iri tutumlu 300 min tonluq tankerlərin tikintisinə başlanılacağını bildirib.



Azərbaycanlı ekspertlərin fikrincə, Azərbaycan tərəfi əlavə terminallar tikmədən də Qazaxıstandan 20 milyon ton neft qəbul edə bilər. Ekspert İlham Şabanın sözlərinə görə, bu gün Dübəndidə, Bakı buxtasında və Səngəçaldakı “Azpetrol”un terminalları bu qədər nefti fasiləsiz daşımağa imkan verir.



Rusiyanın qarşı çıxdığı Bakı-Tbilisi-Ceyhanla Qazaxıstan neftinin

Günün bütün mövzuları

XS
SM
MD
LG