Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 16:43

ABŞ Azərbaycanda azad və ədalətli seçkilər keçirilməsini istəyir


Səs: Real audio
BŞPİ-nin rəis müavini Yaşar Əliyev 2 nəfər polisin xəsarət aldığını deyir ABŞ-ın Azərbaycandakı səfiri Rino Harniş birləşmiş müxalifətin 21 may aksiyasının dağıdılmasına münasibət bildirərək deyib ki, onun ölkəsi vətəndaşların sərbəst toplaşmaq hüququnu müdafiə edir. Onun sözlərinə görə, bu hüquqa təkcə seçkilərlə bağlı deyil, bütövlükdə demokratiyanın təmin olunması baxımından riayət edilməlidir: «Hökumətin mayın 21-də mitinq keçirilməsinə icazə verməməsindən təəssüflənirik. Biz Azərbaycan iqtidarını vətəndaşların sərbəst toplaşmaq hüququnun mümkün qədər tez təmin olunması üçün şərait yaratmağa çağırırıq».



Cənab Harniş dedi ki, insanların sərbəst toplaşmaq hüququ ABŞ prezidenti Corc Buşun bütün çıxışlarının bir hissəsidir.



Səfir bildirdi ki, onun ölkəsi Azərbaycanda azad və ədalətli seçkilər keçirilməsini istəyir: «Bu digər ölkələrdə, o cümlədən Gürcüstan, Ukrayna və Qazaxıstanda da belə olmuşdu. ABŞ azad seçkilərin keçirilməsi və ölkədə demokratiyanın qələbəsinə kömək etməyə çalışır».
XS
SM
MD
LG