Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 10:18

Bakıda polis gücləndirilmiş iş rejimində çalışacaq


Səs: Real audio
BŞPİ-nin rəis müavini Yaşar Əliyev 2 nəfər polisin xəsarət aldığını deyir Mayın 25-də Bakı-Tbilisi-Ceyhan boru kəmərinin açılışı münasibəti ilə paytaxtda və kəmər keçən bölgələrdə keçiriləcək tədbirlərdə təhlükəsizliyi təmin etmək üçün polis gücləndirilmiş iş rejimində çalışacaq. Xəbəri Daxili İşlər Nazirliyi mətbuat xidməti yayıb.



Bakı şəhər İcra Hakimiyyəti mətbuat xidmətinin əməkdaşı Sevda Məmmədova isə bildirib ki, mayın 25-də Milli Parkda BTC-nin açılışı münasibəti ilə əvvəlcə konset, daha sonra isə atəşfəşanlıq olacaq.



Hər il mayın 25-də orta məktəblərdə 11-ci sinif şagirdləri üçün son zəng münasibəti ilə bayram tədbirləri keçirilirdi. Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Bayram Hüseynzadədən aldığımız xəbərə görə, BTC-nin açılışıyla bağlı son zəng bundan sonra hər il mayın 31-i keçiriləcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG